. Love.az

Eyyub Haqverdiyev - Wikipedia - Love.az

Ana Səhifə - Eyyub Haqverdiyev

Əyyub Haqverdiyev Məmmədəli oğlu (15 mart 1911, Naxçıvan – 12 iyun 1996, Naxçıvan) — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964).[1]

Əyyub Haqverdiyev
Doğum tarixi 15 mart 1911
Doğum yeri Naxçıvan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 iyun 1996 (85 yaşında)
Vəfat yeri Naxçıvan, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Əmək igidliyinə görə" medalı "Əməkdə fərqlənməyə görə" medalı
Azərbaycan SSR xalq artisti — 1964 Azərbaycan SSR əməkdar artisti — 1943

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ölümü
  • 4 Mükafatları
  • 5 Mənbə
  • 6 İstinadlar

Həyatı

redaktə

Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir.[1] Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.

Fəaliyyəti

redaktə

Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır.[1]

Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib. Hazırda bu yadigar aksesuarlar Əyyub Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdədir.

Ölümü

redaktə

Əyyub Haqverdiyev 12 iyun 1996-cı ildə Naxçıvanda vəfat etmişdir.[1]

Mükafatları

redaktə

Əyyub Haqverdiyev "Əməkdə fərqlənməyə görə", "Əmək igidliyinə görə" medalları və "Mədəniyyət əlaçısı" döş nişanı ilə təltif edilib. Aktyora 17 iyun 1943-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 14 oktyabr 1964-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri verilmişdir.[1]

Mənbə

redaktə
  • C. Vəzirov. Güldürən-ağladan. Naxçıvan, 1998

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Əlamətdar və tarixi günlər təqvimi - 2021 (PDF). Bakı: Zərdabi Nəşr. 2020. səh. 99. ISBN 978 9952 542 04 2.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əyyub_Haqverdiyev&oldid=8123065"
LOVE.AZ