Əyyub Salah oğlu Quliyev (d. 1 iyun 1954, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
Əyyub Quliyev | |
---|---|
Əyyub Salah oğlu Quliyev | |
![]() | |
Doğum tarixi | (70 yaş) |
Doğum yeri | Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Astrofizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Şamaxı Astrofizika Rəsədxanası |
Təhsili | |
Üzvlüyü |
ABŞ-nin Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanacaq. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib.
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.03.02 — Heliofizika və Günəş sistemi cismlərinin fizikası
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, astrofizika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 204
Xaricdə çıxmış elmi əsərlərin sayı: 110
Əsas elmi nailiyyətləri: Kometlərin tədqiqi: Çoxsaylı qanuauyğunluqlar bir sıra hipotez və nəzəriyyələr.
Digər fəaliyyət sahələri. Poeziya və publistika ilə məşğul olur. "Niyazlılar (Dulusdan uzanan yollar)" — 2016 və "Palıd əfsanəsi" — 2024 kitablarının müəllifidir.
Kadr hazırlığı: elmlər namizədlərinin sayı: 8
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
Pedaqoji fəaliyyəti: Bakı Dövlət Universiteti, magistr dissertasiyası və diplom işlərinə rəhbərlik, Şamaxı Rəsədxanası magistraturasında mühazirələr..
Iş yeri və ünvanı: AMEA Şamaxı Astrofizika Rəsədxanası, AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y. Məmmədəliyev qəsəbəsi.