. Love.az

Eziz Xelefov - Wikipedia - Love.az

Ana Səhifə - Eziz Xelefov

Xələfov Əziz Mirzə Əhməd oğlu (1924-1993) - Əməkdar həkim, milli qəhrəman Salatın Əsgərovanın atası.

ƏZIZ XƏLƏFOV
Əziz Mirzə Əhməd oğlu Xələfov
Doğum tarixi 1924
Doğum yeri Sərdarlı
Vəfat tarixi 3 sentyabr 1993
Fəaliyyəti həkim

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Əziz Xələfov 1924-cü ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Sərdarlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra İkinci dünya müharibəsində iştirak etmişdi.

Cəbhədən dönəndən sonra Leninqrad (indiki Sankt-Peterburq) Tibb institutunda oxumuşdu. Həkim kimi nəsil ixtisasını davam etdirmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunda baş müəllim, dosent kim çalışmışdı.

Əziz Xələfov Leyla xanım Mahmud bəy qızı Məlikaslanovla ailə qurub. Əhməd adlı oğlu, Zümdüd adlı qızı var. Digər qızı Salatın Əsgərova Qarabağda erməni silahlıları tərəfindən qətl edilib.

Mükafatları

redaktə

Əziz Xələfov bir çox döyüş medalları ilə təltif edilmişdir.

Əziz Xələfov çoxillik və qüsursuz tibbi fəaliyyətinə görə bir çox orden və medallarla təltif olunub. "Respublikanın əməkdar həkimi" fəxri adını daşıyır.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Sərdarlı kəndi. Bakı: "Elnur-P", 2005, 320 səh.

Həmçinin bax

redaktə
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əziz_Xələfov&oldid=7512010"
LOVE.AZ