ↅ — standart Ⅵ (VI) əvəzinə 6 rəqəmini ifadə etmək üçün eramızın əvvəllərində meydana çıxan Roma rəqəmi.
ↅ (Roma rəqəmi) | |
---|---|
Tarix | |
Təkamül |
|
ↅ işarəsi Roma rəqəmləri ilə b.e. 2-ci əsrindən, xüsusən də xristian yazılarında görünür. Ən azı növbəti altı əsr ərzində istifadədə qalmışdır. Bununla mürəkkəb ədədlər də yarada bilər: ↅⅠ (7), ↅⅡ (8), ↅⅢ (9).[2]
Jan Mabilyon simvolun yunan mənşəli olduğuna inanırdı. Eyni fikirdə Maffei və Natalis de Vayi[3] idi. Vilhelm Larfeld VII–VIII əsrlərdə yunan stiqmasının (Ϛ) istifadə edildiyini qeyd etmişdir. O, oxşar dizayna malik idi və yunan rəqəm sistemində 6 ilə işarə edirdi.[4] ↅ simvolunun mənşəyinin yunan versiyası onun xristian kontekstində istifadəsi ilə dəstəklənir, çünki xristianlıq Romaya yunanlar tərəfindən gətirilmişdir.[2]
1802-ci ildə Ancelo Fumaqalli fərz etmişdir ki, ↅ simvolu V və I simvollarının kursiv liqaturundan yaranmışdır. Burada V tək dairəvi vuruş şəklini alır və I ona aşağıdan yapışdırılır. Mommzen və Jan Mallon onunla razılaşır. Sonuncu onu da qeyd etmişdir ki, oxşar dizayndan sözlərdə ui hərflərinin birləşməsini ifadə etmək üçün istifadə edilmişdir.[5][6]
Simvol 2006-cı il avqustun 1-də Devid Perri tərəfindən "Unicode"a daxil edilmək üçün təklif edilmişdir. Təklif olunan ad roman numeral six late form idi. Tövsiyəyə görə, simvol Rəqəmli Formalar (ing. Number Forms) blokunda yerləşdirilməli idi.[7] Noyabrın 29-da simvol Yunikod Texniki Komitəsi tərəfindən təsdiqlənmiş və ona U+2185 kod mövqeyi təyin edilmişdir.[8] Bu qərar 26 iyul 2007-ci ildə[9] WG2 tərəfindən təsdiq edilmişdir. Simvol əvvəlki qərarlara uyğun olaraq 2008-ci ilin aprelində buraxılmış 5.1 versiyasında Unicode-a daxil edilmişdir.[10]