. Love.az

ɐ - Wikipedia - Love.az

Ana Səhifə - ɐ

Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol.

Mündəricat

  • 1 Müasir istifadə
  • 2 Tarixi istifadə
  • 3 Populyar mədəniyyətdə
  • 4 İstinadlar

Müasir istifadə

redaktə
  • ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir.[1]
  • ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır.[2]

Tarixi istifadə

redaktə
  •  
    Tərs a Edvard Lluydun "Archaeologia Britannica" (1707) əsərində.
  •  
    Tərs a Vilyam Praysın "Archaeologia Cornu-Britannica" (1790) əsərində.

Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur.[3] Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir.[4] 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.[5]

Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir.[6]

Populyar mədəniyyətdə

redaktə
  • 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır.[7]
  • Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir.

İstinadlar

redaktə
  1. ↑ Gibbon, Dafydd; Richard Winski, Roger Moore. Table A.19: IPA Table (ordered by number) (continued) // Handbook of Standards and Resources for Spoken Language Systems. Walter de Gruyter. 1997. səh. 679. ISBN 9783110153668. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  2. ↑ Miller, Jeff. "Earliest Uses of Symbols of Set Theory and Logic". Earliest Uses of Various Mathematical Symbols. 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  3. ↑ Michael Everson, Proposal to add Latin letters and a Greek symbol to the UCS, ISO/IEC JTC1/SC2/WG2 N3122 L2/06–266 Arxivləşdirilib 2016-04-10 at the Wayback Machine (2006)
  4. ↑ Page 320 in Randall Dipert, "Peirce's deductive logic". In Cheryl Misak, ed. The Cambridge Companion to Peirce. 2004
  5. ↑ "Tərsinə A hərfi - Başlanacaq yeni müharibənin simvolu, yoxsa... - MƏNASI NƏDİR? - FOTO". Milli.az (az.). 2023-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2023.
  6. ↑ Jensen, Hans. Sign, Symbol, and Script. New York: G.P. Putman's Sons. 1969. səh. 262. ISBN 9780044000211.
  7. ↑ "Interview: Yoshiyuki Tomino". Anime News Network. 2009-10-23. 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tərs_A&oldid=7228948"
LOVE.AZ