100 (ing. The 100; Yüz[1] kimi tələffüz olunur) — 2014-cü ildə premyerası baş tutmuş Amerikan apokaliptik elmi fantastika teleserialıdır. Serial 19 mart 2014-cü ildə The CW kanalında yayımlanmağa başladı. Ceyson Rotemberq tərəfindən inkişaf etdirilmiş serialın Kass Morqanın eyni adlı romanlar seriası əsasındadır.
100 | |
---|---|
ing. The 100 | |
![]() | |
![]() Teleserialın loqosu | |
Janr |
döyüş macəra antiutopik dram post-apokaliptik dram elmi fantastika |
İlk baxış tarixləri | 19 mart 2014 |
Prodüser |
Cae Marçant Tim Skanlan Aaron Qinsburq Ueyd Makintr T.c. Bredi Raşid Nyuson |
Yaradıcısı | "100" trilogiyası (Kass Morqan) |
Rollarda |
Eliza Teylor Peyc Turko Tomas Makdonell Eli Qorii Bob Morli Mariya Avqeropulos Kelli Hu Kristofer Larkin Devon Bostik İsayya Vaşinqton Henri İan Kyusik Lindsi Morqan Riki Uitl |
Bəstəkar |
Evan Frankfort Liz Fer Mark Dauer Tri Adams |
İstehsalçı ölkə |
![]() |
Studiya |
Alloy Entertainment CBS Television Studios Warner Bros. Television |
Dil | ingilis dili |
Növü | teleserial |
Rəng | rəngli |
Mövsüm sayı | 7 |
Seriya sayı | 100 |
Davametmə müddəti | 42 dəqiqə |
Telekanal | The CW |
IMDb | ID2661044 |
Format | HDTV 1080i |
cwtv.com/shows/the-100/ | |
![]() |
Serialda hadisələr Yerdə baş vermiş apokalipsdən xilas ola bilmiş bir qrup gənclərin ətrafında cərəyan edir: Klerk Qriffin (Eliza Teylor), Bellami Bleyk (Bob Morli), Oktavia Bleyk (Meri Avqeropoulos), Casper Cordan (Deyvon Bostik), Monti Qrin (Kristofer Larkin), Reyven Rayes (Lindsi Morqan), Finn Kollins (Tomas Makdonell), Con Mörfi (Riçard Harmon) və Uells Cana (Eli Qori). Onlar nüvə radiasiyasına görə kosmosa sığınan "Ark"-dan Yerə burada həyatın olub-olmamasını araşdırmaq üçün göndəriliblər. Hadisələr həmçinin Klerkin anası həkim Ebi Qriffin (Peyc Turko), Arkın məclis nümayəndəsi Markus Keyn (Henri Yan Kusik) və Arkın rəhbəri eyni zamanda Uelsin atası Telenious Caha ()Aisiah Vaşınqton) ətrafında da cərəyan edir.
2016-cı ilin mart ayında serial 13 seriadan ibarət dördüncü mövsüm üçün yeniləndi. 2017-ci ildə martda isə The CW serialı beşinci mövsüm üçün yenilədi.
Hadisələr Yer kürəsində baş vermiş nüvə müharibəsinə görə insanların kosmosda yaşamalarından 97 il sonrasında baş verir. Yeganə məlum sağ qalanlar kosmosda 12 birləşmiş stansiyada yaşayırlar. Bu 12 birləşmiş stansiya ümumilikdə "Ark" adlanır və "Ark"ın kansleri Cahadır.[1] "Ark"da 2.400 nəfər yaşayır. Resurslar qeyri-qənaətbəxşdir, əgər "Ark"da cinayət törədən şəxs 18 yaşından aşağıdırsa edam olunur. "Ark"ın həyat sistemində bərpa olunmaz zədə aşkarlandıqdan sonra "100" layihəsi çərçivəsində Yerin yaşamağa uyğun olub-olmadığını öyrənmək üçün düz 100 yeniyetmə məhkum keçmiş Vaşinqton şəhəri yaxınlığına göndərilir.[2] Yeniyetmələr Yerin kosmosdan göründüyündən daha təmiz olduğunu görürlər. Onlar Göy suayırıcı dağlarının ətəklərində yerləşən Hava Dağı Təcili Əməliyyatlar Mərkəzinin yaxınlığına göndərilirlər. Lakin məlum olur ki, onlar dağdan xeyli uzaqdadırlar və bu, onlara problemlər yaşadır. Onlar yeni dünyanın çətinliklərinə qarşı mübarizə aparmağa başlayırlar. Bu zaman onlar tək olmadıqlarını öyrənirlər: yeni dünyada müharibədən sağ çıxmış Yerlilər (ing. Grounders), onlardan daha təhlükəli olan Biçincilər (ing. Reapers; adamyeyən olmuş Yerlilər) və Dağ adamları (ing. Mountain Men; 100-ün əsl dayanacağı olan Hava dağında yaşayanlar) yaşayırlar.
Mövsümlər | Seriyalar | Orijinal yayım | Nilsen reytinqi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|
İlk yayım | Keçmiş yayım | Yer | Baxış sayı (milyon) | ||||||
1 | 13 | 19 mart 2014 (2014-03-19) | 11 iyun 2014 (2014-06-11) | 150 | 2.59[3] | ||||
2 | 16 | 22 oktyabr 2014 (2014-10-22) | 11 mart 2015 (2015-03-11) | 157 | 2.46[4] | ||||
3 | 16[5] | 21 yanvar 2016 (2016-01-21)[6] | 19 may 2015 (2015-05-19)[7] | TBD | TBD |
Teleserialın istehsalında Cherry Beach Sound səsyazma studiyası da iştirak edir.[8]
"100" teleserialın ilk mövsümü ancaq Kanadada Netflix üçün lisenziyalaşdırılmışdır.[9] Böyük Britaniya və İrlandiyada teleserial ilk dəfə 7 iyul 2014-cü ildə E4 kanalında yayımlanmışdır.[10] Teleserialın ilk seriyasını 1.39 milyon tamaşaçı izləmiş və bu kanal tarixinə rekord kimi düşmüşdür. İkinci mövsümün ilk seriyası 6 yanvar 2015-ci ildə göstərilmiş və 1.118.000 nəfər tərəfindən izlənmişdir.[11] Teleserialın seriyaları Yeni Zelandiyada TVNZ vasitəsilə yayımlanmış və ilk seriyası 21 mart 2014-cü ildə göstərilmişdir.[12] Avstraliyada teleserialın ilk seriyasının 9Go![13] kanalında göstərilməsi planlaşdırılsa da, 4 sentyabr 2014-cü ildə Fox8 kanalında yayımlanmışdır.[14] İkinci mövsümün yayımlanmasına 8 yanvar 2015-ci ildə başlanılmışdır.[15]
Teleserialın ilk seriyasını 2,7 milyon amerikalı izləmiş və 18–49 reytinq qazanmışdır. Teleserial 2010-cu ildən bəri "Gözlənilməz həyat" teleserialı birlikdə The CW kanalında ən çox izlənmiş teleserial hesab olunur.[16] "Rotten Tomatoes" saytının peşəkar tənqidçiləri serialın ilk mövsümünü "təmiz" kimi qiymətləndirmiş, tənqidçilərin 72 %-i isə ilk mövsümü müsbət qiymətləndirmişdir. "Metacritic" saytında serialın ilk mövsümü 100 xaldan 63-ü toplaya bilmişdir və "müsbət rəylər"lə qarşılanmışdır.[17] İkinci mövsüm daha müsbət qarşılanmışdır və "Rotten Tomatoes" saytında 100 %-lik reytinq əldə etmişdir.[18] İkinci mövsümün sonuncu seriyasından sonra "The A. V. Club" saytından Kil Foul teleserialın ünvanına xoş sözlər demişdir.[19] "Variety" jurnalından Mauren Rayan teleserialı 2015-ci ilin ən yaxşı şoularından biri adlandırmışdı.[20]
Mövsüm | Saat (ŞZQ) | Seriya sayı |
İlk yayım | Son yayım | TV mövsümü | Yer | İzləyici (milyon) |
18–49 reytinqi (o.h.) | ||
---|---|---|---|---|---|---|---|---|---|---|
Tarix | İlk seriya izləyiciləri (milyon) |
Tarix | Son seriya izləyiciləri (milyon) | |||||||
1 | Çərşənbə, 21:00 | 13 | 19 mart 2014 (2014-03-19) | 2.73[21] | 11 iyun 2014 (2014-06-11) | 1.68[22] | 2013–14 | 150[23] | 2.59[23] | 1.1/3[23] |
2 | 16 | 22 oktyabr 2014 (2014-10-22) | 1.54[24] | 11 mart 2015 (2015-03-11) | 1.34[25] | 2014–15 | 157[23] | 2.46[23] | 0.9/3[23] | |
3 | Cümə axşamı , 21:00 | 16 | 21 yanvar 2016 (2016-01-21) | 1.88[26] | TBD | TBD | 2015–16 | TBD | TBD | TBD |
İl | Kateqoriya | Namizəd | Nəticə | İstinadlar(lar) |
---|---|---|---|---|
Qızıl rulon mükafatı | ||||
2015 | Ən yaxşı səs montajı – səs effektləri | Norval D. Krutçer III, Peter Austin, Peter D. Laqo, Mitç Centleman, Katerin Harper, Ellen Heuer, Mark Meyer | Namizəd | [27] |
Joe mükafatı | ||||
2014 | Dram və komediya teleserialında baş və ya əsas rolda gənc aktyor/aktrisa | Spenser Drever | Namizəd | [28] |
2015 | Komediya və ya macəra teleserialında ən yaxşı aktyor | Liam O'Nil | Namizəd | |
Emmi mükafatı | ||||
2014 | Görkəmli xüsusi və vizual effektlər | Andryu Orloff, Maykl Kliet, Tiler Ueyss, Kornel Farkas, Kris Pounds, Andryu Bain, Mayk Ron | Namizəd | [29] |
Saturn mükafatı | ||||
2015 | Ən yaxşı cavansayağı teleserial | Qazandı | [30] | |
Yeniyetmə Seçimi Mükafatı | ||||
2015 | Elmi-fantastika və fantastika | Namizəd | [31] | |
Elmi-fantastika və fantastika aktyoru | Bob Morli | Namizəd | ||
Elmi-fantastika və fantastika aktrisası | Eliza Teylor | Namizəd | ||
TV Guide mükafatı | ||||
2014 | Ən çox sevilən fantastik/elmi fantastik şou | Namizəd |