. Love.az

100 Qadin Bbc - Wikipedia - Love.az

Ana Səhifə - 100 Qadin Bbc

100 Qadın — 2013-cü ildə yaradılmış BBC-nin çox formatlı televiziya verilişi; İllik verilişdəLondon[1] və Meksikadakı tədbirlər[1][2] də daxil olmaqla 21-ci əsrdə qadınların rolunu araşdırır. Siyahının elanı yayım, onlayn reportajlar, debatlar və qadınlar mövzusunda jurnalistika daxil olmaqla üç həftə davam edən beynəlxalq "BBC-nin qadın mövsümü"nün başlanğıcı hesab olunur.[3] Bütün dünyada qadınların sosial media vasitəsilə bu "mövsüm"də iştirak etməsinə, siyahıya, habelə siyahının dərcindən sonra müsahibə və debatlara şərh verməsinə çağırış edilir.[4]

100 Qadın
bbc.com/news/world-24371…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Laureatlar
    • 2.1 İqlim pionerləri
    • 2.2 Mədəniyyət və təhsil
  • 3 İstinadlar

Tarixi

redaktə

2012-ci ildə Dehlidə baş vermiş qrup şəklində təcavüz hadisəsindən sonra BBC-nin nəzarətçisi Lilian Lendor,[5] BBC-nin redaktoru Fiona Krek[6] və digər jurnalistlər bu gün cəmiyyətdəki qadınların problemləri və nailiyyətlərinə diqqəti yönəldən tədbirlər keçirməyə başladılar.[7] Əsas məqsəd qadınların qarşılaşdığı problemləri dərindən işıqlandırmaq idi. 2013-cü ilin mart ayında BBC tərəfindən korporasiyanın daha çox "qadınlardan və qadınlar haqqında məzmunlu" mövzular təqdim edilməsinə dair "qadın dinləyicilərdən çoxlu sayda çağırışlar" qəbul edildi.[8]

BBC 2013-cü ildə mediada qadınların kifayət qədər təmsil olunmaması məsələsini həll etmək üçün bu mövzu barədə seria verilişlər yayımlamağa başladı.[7][9] Bu seria verilişlərin birinci proqramında iştirak edəcək qadınlar 26 müxtəlif dil xidmətləri vasitəsilə keçirilmiş sorğu əsasında seçilmişdi.[8] Proqram bir ay davam etdi və oktyabrın 25-də dünyanın hər yerindən 100 qadının onlar üçün ümumi olan məsələləri müzakirə etdiyi konfransla yekunlaşdı. Qadınların həyatlarında qarşılaşdıqları həm mədəni, həm də sosial problemləri araşdırmaq üçün məşğulluq problemləri, feminizm, analıq və din mövzusu[10] da daxil olmaqla geniş mövzular ətrafında müzakirələr aparıldı.[11]

O vaxtdan bəri, bu seria verilişlər təhsil, səhiyyə, bərabər maaş, qadın sünnəti, məişət zorakılığı və cinsi təcavüz[12] kimi müxtəlif mövzuları əhatə etmişdir və qadınların dünyanı yaxşılaşdırmaq və cinsiyyətçiliyə son qoymağı müzakirə etmək üçün bir platforma təmin etmək məqsədi daşımışdır.[13] Siyahıya daxil edilən qadınlar dünyanın hər yerindən idi və müxtəlif sahələrdə fəaliyyət göstərirdilər.[14] Həm tanınmış qadınlar, həm də az tanınan şəxslər bu tədbirə cəlb edilmişdi.[15][16]

Laureatlar

redaktə

2024-cü il siyahısı dekabrın 3-də açıqlanıb və bu siyahıya münaqişələr və humanitar böhranlarla üzləşən qadınlar daxil edilib. 2024-cü il siyahısı beş kateqoriyaya, o cümlədən 11-i İqlim Pionerləri kateqoriyasına bölündü.[17]

İqlim pionerləri

redaktə
Foto Ad Ölkə Təsviri
  Maheder Hayleselassi Efiopiya Fotoqraf
  Nejla Işık Türkiyə Meşələrin mühafizə edilməsi üzrə təşviqatçı
  Adenike Titilope Oladosu Nigeriya İqlim ədalətinin müdafiəçisi
  Inna Modja Mali Rəssam və iqlim müdafiəçisi
Enas Al-Qul Fələstin Kənd təsərrüfatı mühəndisi
Şilşila Açarya Nepal Sahibkar
Naomi Çanda Zambiya Farmer and trainer
Rozmari Vidler Velti İsveçrə Müəllim və iqlim təbliğatçısı
  Saşa Luççoni Kanada Kompüter mühəndisi
Rosa Vaskes Espinosa Peru Biokimya üzrə mütəxəssis
  Bricit Batist Kolumbiya Ekoloq

Mədəniyyət və təhsil

redaktə
Foto Ad Ölkə Təsviri
Oliviya Makvey Böyük Britaniya Vizajist
Kristina Assi Livan Fotojurnalist
Dilorom Yuldoşeva Özbəkistan iş qadını
Syuan Fonq Vyetnam Film rejissoru, müəllif, qalereya sahibi
Yevgeniya Bonetti İtaliya rahibə
  Lesli Lokk Qana/Böyük Britaniya Memar
Su Min Çin Səyyah və nüfuzlu şəxs
  Anat Hoffman İsrail Dini fəal
Hinda Abdi Mohamed Somali Jurnalist
Svetlana Anoxina Rusiya Hüquq müdafiəçisi
Hamida Aman Əfqanıstan Media və təhsil sahəsində sahibkar
Cohana Bahamon Kolumbiya İctimai fəal
İdania-del-Rio Kuba Moda Sahibkarı
Helen Molinye Böyük Britaniya Monumental Uels Qadınlar həmtəsisçisi
Şin Deve Myanmar kinorejissor
  Kristina Rivera Qarsa Meksika/ABŞ Yazıçı
  Şəhrnuş Parsipur İran/ABŞ Yazıçı və tərcüməçi
Plestia Alaqad Fələstin Jurnalist və şair
Janılsınzat Turqanbayeva Qırğızıstan Muzey meneceri
Şaron Klaynbaum ABŞ Ravvin
  Marqarita Barrientos Argentina Şorba mətbəxinin yaradıcısı
Yasmin Myalli Fəlsətin Dizayner
  Treysi Emin Böyük Britaniya Rəssam
Roksi Myurrey Böyük Britaniya Əlillərin hüquqlarının müdafiəçisi
  Maheder Hayleselassi Efiopiya Fotoqraf
Puca Şarma Hindistan Dəfn mərasimlərinin icraçısı
Linda Drofn Hunnarsdottir İslandiya Qadın sığınacağı meneceri
Harbiya Al Himiari Yəmən İrsin mühafizəsi üzrə mühəndis
Mariya Tereza Horta Portuqaliya Şair

İstinadlar

redaktə
  1. ↑ 1 2 "100 Women: Who is taking part?". BBC News. 22 October 2013. 7 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  2. ↑ Low, Harry. "100 Women 2016: Mexico festival draws thousands". BBC News. 25 November 2016. 13 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  3. ↑ "Saalumarada Thimmakka in BBC's 100 Women list". The Times of India. 23 November 2016. 27 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  4. ↑ Stoughton, India. "Lebanon makes its mark on BBC's 100 Women list". The Daily Star. Beirut, Lebanon. 28 October 2014. 10 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  5. ↑ Martinson, Jane. "BBC World Service Language Boss and Diversity Champion Quits". The Guardian. 16 June 2016. 26 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  6. ↑ WITW Staff. "BBC's 100 Women program celebrates female accomplishments across the globe". The New York Times. 18 November 2015. 22 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  7. ↑ 1 2 Crack, Fiona. "100 BBC 100 Women: a series borne out of suffering and violence". The Guardian. 31 October 2013. 21 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  8. ↑ 1 2 Fisher, Amanda. "BBC assembles 100 women to get them talking on issues". Khaleej Times. 26 October 2013. 20 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  9. ↑ Impact case study (REF3b): Impact on strategy and institutional memory at the BBC World Service (Hesabat). C23 Sociology, Open University. 2014. 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-17.
  10. ↑ Fletcher, Becky. "11 things you need to know about #100Women". Cosmopolitan. 3 November 2013. 21 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  11. ↑ "Rubana among BBC's 100 Women". Dhaka Tribune. Dhaka, Bangladesh. 26 October 2013. 10 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  12. ↑ "#100 Women: Join the Conversation". BBC News. BBC. 4 October 2013. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2014.
  13. ↑ Pantony, Ali. "Meet the most badass women of 2016". Glamour. New York City, New York: Condé Nast. 21 November 2016. 10 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  14. ↑ Stoughton, India. "Lebanon Makes its Mark on BBC's 100 Women List". The Daily Star. 28 October 2014. 10 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  15. ↑ Moss, Rachel. "BBC '100 Women Of 2016' Highlights A Year Of Defiance For Womankind". HuffPost. 21 November 2016. 10 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2025.
  16. ↑ "Seven Indians feature in BBC 100 Women 2015 list". The Times of India. 19 November 2015. 20 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 December 2016.
  17. ↑ "BBC 100 Women 2024: Who is on the list this year? - BBC News". News (ingilis). 2025-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-03.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=100_Qadın_(BBC)&oldid=8067611"
LOVE.AZ