. Love.az

100 Manatliq Esginas - Wikipedia - Love.az

Ana Səhifə - 100 Manatliq Esginas

100 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır.

100 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 100 manat
Eni 155 mm
Uzunluğu 70 mm
Təhlükəsizlik ünsürləri gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehrli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər
Nəşr illəri 1993, 2005
Ön tərəf
Ön tərəf
Dizayn inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları
Arxa tərəf
Arxa tərəf
Dizayn Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları

Mündəricat

  • 1 Tarixi
  • 2 Mövzusu
  • 3 Təsviri
  • 4 Ölçüləri
  • 5 Mühafizə elementləri
  • 6 Həmçinin bax
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Tarixi

redaktə

100 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1]. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. 100 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].

  •  
    1993-cü ildə buraxılmış 100 manatlıq əsginasların ön tərəfi
  •  
    1993-cü ildə buraxılmış 100 manatlıq əsginasların arxa tərəfi

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış[6], 2005-ci ildə yeni 100 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 100 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.

  •  
    2005-ci ildə buraxılmış 100 manatlıq əsginasların ön tərəfi
  •  
    2005-ci ildə buraxılmış 100 manatlıq əsginasların arxa tərəfi

Mövzusu

redaktə

Hazırda dövriyyədə olan 100 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur[7].

Təsviri

redaktə
 
İlk əsginas üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti

İlk 100 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir[1]. Əsginasın arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üst tərəfində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuş, nominalın adı ortada sözlə verilmişdir[1].

Ağ kağızda, əsas rəngi bənövşəyi olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Qoşa Qala qapıları və Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur[7]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.

 
100 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası

Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir[7].

Ölçüləri

redaktə

İlk 100 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[8].

2005-ci ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginasların ölçüləri isə 155×70 mm-dir[7].

Mühafizə elementləri

redaktə

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 100 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[9]. 2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehrli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[7].

Həmçinin bax

redaktə
  • Azərbaycan manatı
  • 100 manatlıq sikkə

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 3 Müstəqillik dövrü pulları Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. azerbaijans.com (az.)
  2. ↑ Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011 (az.)
  3. ↑ Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016 (az.)
  4. ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (az.)
  5. ↑ 1 2 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012 (az.)
  6. ↑ "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  7. ↑ 1 2 3 4 5 Dövriyyədə olan əskinaslar — AZN Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine. cbar.az (az.)
  8. ↑ Dövriyyədən çıxarılmış əskinaslar — AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az (az.)
  9. ↑ Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az (az.)

Xarici keçidlər

redaktə
  Vikianbarda 100 manatlıq əsginas ilə əlaqəli mediafayllar var.
  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=100_manatlıq_əsginas&oldid=8011690"
LOVE.AZ