. Love.az

10 Noqteli Kalvia - Wikipedia - Love.az

Ana Səhifə - 10 Noqteli Kalvia

10 nöqtəli kalvia (lat. Calvia decimguttata L.) — Qidalandığı ağaclarda qabıq altında qışlayırlar.

10 nöqtəli kalvia
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
???:
10 nöqtəli kalvia
Beynəlxalq elmi adı
  • Calvia decemguttata L., 1767
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1587120
EOL  3216298

Mündəricat

  • 1 Biologiyası
  • 2 Yayılması
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Biologiyası

redaktə

Mənənələrlə qidalanırlar. Qidalandığı ağaclarda qabıq altında qışlayırlar. Qanadüstlüyü tünd sarıdır, bəzilərində solğunlaşmış da olur. Qanadın hər tayında 5 ədəd solğun ağ ləkələr var. Bədənin son ucunda yerləşən ləkələr daha solğun olur, hətta bəzən tam görünməz də olur, hətta bəzən tam görünməz də olur.[1] Lakin çiyin tərəf getdikcə ləkələr tündləşir. Baş hissə köndələn duruşlu olub, sarımtıldır. Bəzi fərdlərdə uzun tükcüklərlə örtülür. Aydın görünən qara, mürəkkəb, fasetli gözləri arasında alın iki gözlər həcmində enliləşib. Bığcığın buğumları təsbehvari olub, son buğum nisbətən iri və toppuzvaridir. Ayaqlarında iti caynaqları var. Böyüklüyü 5–6 mm-dir.

Yayılması

redaktə

Əsasən Qərbi Avropada, Asiyanın meşəlik hissələrində və Qafqazda yayılıblar. Azərbaycanda əsasən, Naxçıvan, Şəki-Zaqatala və Talış zonalarında yayılmışdır.

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A. M.

Ədəbiyyat

redaktə
  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli
  2. Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A. M.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=10_nöqtəli_kalvia&oldid=7430472"
LOVE.AZ