Numerologiyada 11:11 — müəyyən bir hadisənin baş verməsi üçün əhəmiyyətli bir an hesab olunur.[1][2] Bu, sinxronluğun nümunəsi, həmçinin müsbət bir işarə və ya mənəvi təsirin mövcudluğuna dair bir göstəriş kimi qəbul edilir. Bundan əlavə, rəqəmlərin təkrarlanmasının onların "intensivliyini"[3] artırdığı və numeroloji təsirini gücləndirdiyi düşünülür.[3][4]
Həmçinin 11:11 rəqəmi numerologiyada güclü mənəvi və enerjili mesaj daşıyan master number (ustad rəqəm) hesab olunur. Bu ardıcıllıq, xüsusilə ruhani oyanış, intuisiya, yüksək şüur və daxili dönüşüm ilə əlaqələndirilir.
Tənqidçilər[5] bu iddianın əsaslı sübutlarının olmadığını vurğulayır və təsdiqləmə qərəzi (ing. confirmation bias) və post-faktum təhlili (ing. post-hoc analysis) kimi elmi izahları irəli sürürlər.[6][7] Statistik müşahidələrə, xüsusilə xaos nəzəriyyəsi və həqiqətən böyük ədədlər qanunu (ing. law of truly large numbers) əsasında skeptiklər bu cür fərdi müşahidələri təsadüf və labüdlük kimi izah edir və onların xüsusi bir mənası olmadığı qənaətinə gəlirlər.[6]
Protestant xristianlığında, xüsusilə pentikostal hərəkatlarda 11 və ya 11:11 rəqəmi keçid anlayışı ilə əlaqələndirilir.[8]
Müxtəlif səbəblərə görə insanlar tarixlərə və rəqəmlərə xüsusi mənalar aid edirlər. Bunun nəzərəçarpan nümunələrindən biri "on birinci saat, on birinci gün, on birinci ay" ifadəsinin əhəmiyyətidir.[2] Bu ifadə 11 noyabr 1918-ci ildə Paris vaxtı ilə saat 11:00-da Birinci Dünya Müharibəsini bitirən atəşkəsin qüvvəyə minməsini simvolizə edir.[9]
11 noyabr 2011-ci ildə (11/11/11) dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da və Asiya qitəsində[10] kütləvi şəkildə evliliklərin sayı artmışdır.[3]
Polşada isə 11 noyabr (11/11) və saat 11:11 1918-ci il noyabrın 11-də Polşanın Alman, Avstriya və Rusiya işğalından azad edilməsi ilə əlaqələndirilir və Polşa Müstəqillik Günü kimi qeyd edilir.
On his web site, Uri Geller has a list of things he connects with the number 11. He believes this number to be all-important. E.g. he attaches meaning to the fact that some people have noticed their clocks sometimes show the numbers "11:11".