121-lər manifesti (fr. Manifeste des 121, tam başlıq:fr. Déclaration sur le droit à l’insoumission dans la guerre d’Algérie, ing. Declaration on the right of insubordination in the Algerian War, azərb. Əlcəzair müharibəsində tabe olmama haqqı bəyannaməsi) - 121 ziyalı tərəfindən imzalanmış, 6 sentyabr 1960-cı ildə Vérité-Liberté jurnalında dərc edilmiş açıq məktubdur. Fransız hökümətini, Qollçu Mişel Debreni və ictimaiyyətini Əlcəzair İstiqlaliyyət müharibəsini qanuni istiqlaliyyət müharibəsi olaraq tanımağa çağırmışdır. Fransız ordusunun işğəncələrini qınayan, Fransa dövlət məmurlarını vicdani rəddə (siyasi, əxlaqi və ya dini səbəblərə görə hərbi xidmətdən boyun qaçırmaq) hörmət etməyə dəvət edən açıq məktubdur.[1][2]
Bəyannamı Dionys Maskolo, Maurise Blanşot və Jan Şüster tərəfindən hazırlanmışdır.