. Love.az

17 Ci Yeger Alayi - Wikipedia - Love.az

Ana Səhifə - 17 Ci Yeger Alayi

17-ci yeger alayı – Rusiya İmperator Ordusunun ən köhnə alaylarından biri. Alay 19-cu piyada diviziyasının tərkibinə daxil idi və İranla 1804–1813 və 1826–1828-ci illərdəki, Türkiyə ilə 1806–1812 və 1828–1829-cu illərdəki müharibələrdə, həmçinin, Qafqazda bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Sonradan 17-ci yeger və 7-ci tüfəncçi adlandırılan alay fərqlənmə nişanı qəbul etməyib.

17-ci yeger alayı
17-й егерский полк
Növü piyada
Yaranma tarixi 5 avqust 1642-ci il - 1918-ci il.
Ölkə  Rusiya
Daxildir 19-cu piyada diviziyası (Əlahiddə Qafqaz korpusu)
Müharibələr Rusiya-İran müharibəsi (1804-1813), Rusiya-Osmanlı müharibəsi (1806-1812), Rusiya-İran müharibəsi (1826-1828), Rusiya-Osmanlı müharibəsi (1828-1829), Qafqaz müharibəsi

Mündəricat

  • 1 Alayın formalaşması
  • 2 Alayın şefləri (1797–1827-ci illərdə)
  • 3 Alayın komandirləri (1797–1827-ci illərdə)
  • 4 Alayda xidmət etmiş şəxslər
  • 5 Ədəbiyyat
  • 6 Linklər

Alayın formalaşması

redaktə

5 avqust 1642-ci il tarixində Moskva Butır alayının seçilmiş atıcı əsgərlərindən təşkil olunmuşdur. Butır alayı Selenqinsk alayının 3-cü və 4-cü batalyonları ilə birləşdirilərək Kuban eger korpusunun tərkibinə daxil edilmiş və bu korpus 10 dekabr 1796-cı il tarixdə 18-ci yeger batalyonu olaraq yenidən təşkil edilmiş, 28 may 1797-ci il tarixdə isə "17-ci yeger alayı" adlandırılmışdır. 1798-ci ildə 1801-ci ilə qədər alay şefinin adını daşımış, 10 aprel 1801-ci ildə "17-ci yeger" adlanmışdır. 24 fevral 1816-cı il tarixdə alayın adı "7-ci tüfəngçi (karabinernıy)", 8 mart 1827-ci il tarixdə "Erivan tüfəngçi" olaraq dəyişdirilmişdir. 3 mart 1855-ci il tarixdə isə alay Qrenader (qumbaraçı) korpusu hesab edilmiş və "Erivan 13-cü leyb-qrenader" alayı adlandırılmışdır.

Alayın şefləri (1797–1827-ci illərdə)

redaktə
 
Adolf Şarleman 17-ci yeger alayının sıravisi, unter-zabiti və ober-zabiti 1802-ci ildə.
  • 1798–17.01.1799 — general-mayor Pyotr Lixaçyov
  • 17.01.1799–14.05.1803 — генерал-майор İvan Lazarev
  • 14.05.1803–31.07.1807 — polkovnik Pavel Karyagin
  • 30.08.1807–08.02.1811 — polkovnik Afanasi Asyev
  • 27.02.1811–08.06.1811 — polkovnik İvan Snaksarev
  • 08.06.1811–22.06.1815 — polkovnik İlya Jivkoviç

Alayın komandirləri (1797–1827-ci illərdə)

redaktə
  • 22.05.1797–05.08.1797 — podpolkovnik Sergey Voyekov
  • 05.08.1797–17.01.1799 — polkovnik (08.10.1797-ci il tarixdən 20.08.1798-ci il tarixə kimi general-mayor) İvan Lazarev
  • 22.04.1799–08.05.1800 — polkovnik Sergey Voyekov
  • 20.08.1800–24.01.1803 — polkovnik Pavel Karyagin
  • 03.04.1805–21.01.1809 — mayor (23.04.1806-cı il tarixdən 12.12.1807-ci il tarixə kimi polkovnik) I Dmitri Lisanevciç
  • 21.01.1809–14.06.1810 — polkovnik Pyotr Kotlyarevski
  • 16.11.1814–22.06.1815 — polkovnik İvan Parfyonov
  • 22.06.1815–10.06.1816 — polkovnik İlya Jivkoviç
  • 10.06.1816–11.06.1822 — podpolkovnik (30.08.1816-cı il tarixdən polkovnik) Pyotr Ladinski
  • 11.06.1822–15.03.1828 — polkovnik Nikolay Muravyov-Karsski

Alayda xidmət etmiş şəxslər

redaktə
  • Aleksandr Qintovt — general-mayor, əlahiddə Sibir korpusunun ştab rəisi
  • Fyodr Şirmo-Şerbinsk — general-letenant, Krasnoselski komendatı

Ədəbiyyat

redaktə
  • Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: т-во И. В. Сытина, 1911–1915.
  • Габаев Г. С. Роспись русским полкам 1812 года. Киев, 1912
  • Шенк В. К. Гренадерские и пехотные полки. Справочная книжка императорской Главной квартиры. СПб., 1909
  • Энциклопедия военных и морских наук // Под редакцией Г. А. Леера. Т. I–VIII. СПб., 1883–1895

Linklər

redaktə
  • Потто А. В. Подвиг полковника Карягина
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=17-ci_yeger_alayı&oldid=6732586"
LOVE.AZ