. Love.az

1999 Fifa Konfederasiyalar Kuboku Finali - Wikipedia - Love.az

Ana Səhifə - 1999 Fifa Konfederasiyalar Kuboku Finali

1999 FİFA Konfederasyalar Kuboku Finalı — 1999-cu il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün Meksika və Braziliya yığmaları arasında keçirilmiş futbol matçı idi. Matç 1999-cu ilin avqusutun 4-də Mexiko şəhərində yerləşən, Azteka stadionunda keçirilmişdir. Meksika yığması matçı 4-3 hesablı qələbə ilə bitirərək turnirin qalibi olmuş ilk KONKAKAF komandası olmuşdur.

1999 FİFA Konfederasiyalar Kuboku Finalı
Turnir 1999 FİFA Konfederasiyalar Kuboku finalı
Meksika Braziliya
Meksika Braziliya
4 3
Tarix 4 Avqust 1999
Yer Azteka, Mexiko
Hakim Anders Frisk (İsveç)
Tamaşaçı 110.000
← 1997
2001 →

Mündəricat

  • 1 Arxa plan
  • 2 Meksika
  • 3 Braziliya
  • 4 Finala gedən yol
  • 5 Oyunun nəticələri
  • 6 İstinadlar

Arxa plan

redaktə

İlk dəfə idi ki, FİFA bayrağı altında Meksika millisi finalda Braziliya millisi ilə qarşılaşırdı və bu vaxta qədər Meksika millisi heç bir FİFA turnirini qələbə ilə bitirməmişdi. Amma turnir 1995-ci ildə sonuncu dəfə Kral Fəhd Kuboku adlandığı mövsümündə Meksika millisi Danimarka və Argentina millilərinin ardıyca turniri üçüncü pillədə başa vurmuşdur. Braziliya millisi üçün isə 1997-ci ildə finalda Avstraliya yığmasına qalib gəldikdən sonra bu turnirdə ardıcıl ikinci final matçı idi.

Meksika

redaktə

Meksika millisi tarixində ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdı və həmçinin turnirin qalibi olmuş ilk KONKAKAF komandası sayılırdı.

Turnirin debüt matçında Meksika Səudiyyə Ərəbistan millisini 5-1 hesabı ilə məğlub etdi. Daha sonra onlar Misir millisi ilə 2-2 hesablı bərabərə qaldılar ki, xüsusilə bu matçın son 10 dəqiqəsində Meksika qapısından 2 top buraxdı. Qrupun son matçında isə onların rəqibi Boliviya yığması idi və bu oyunda onlar 1-0 hesablı qələbə qazanaraq yekunda qrup mərhələsini 7 xal ilə bitirdilər. Daha sonra yarımfinal matçında rəqib ABŞ millisi idi və bu matçda 97-ci dəqiqədə vurduqları qızıl qol sayəsində tarixlərində ilk dəfə turnirin finalına vəsiqə əldə etdilər.

Braziliya

redaktə

Eyni zamanda bu turnirdə Braziliya millisnin ardıcıl ikinci final matçı idi. Onlar 1997-ci ildə olduğu kimi yenidən turniri qazanmaq arzusunda idilər.

Braziliya turnirin debüt matçında Almaniya yığmamasını inanılmaz şəkildə 4-0 hesablı məğlubiyyətə uğratdı. Sonra ABŞ millisi 1-0 məğlub edildi. Ardıyca Yeni Zelandiya yığmasını 2-0 hesabı ilə məğlub edərək qrup mərhələsini ilk pillədə bitirdi. Yarımfinal mərhələsində onlar heyrət verici şəkildə Səudiyyə Ərəbistan millisini 8-2 hesablı məğlubiyyətə uğradaraq ikinci dəfə turnirin finalına vəsiqə qazandılar.

Finala gedən yol

redaktə
Meksika Mərhələ Braziliya
Rəqib Nəticə Qrup mərhələsi Rəqib Nəticə
  Səudiyyə Ərəbistanı 5–1 Oyun 1   Almaniya 4–0
  Misir 2–2 Oyun 2   ABŞ 1–0
  Boliviya 1–0 Oyun 3   Yeni Zelandiya 2–0
Komanda Oyun Q H M V/q B/q Q/f Xal
  Meksika 3 2 1 0 8 3 5 7
  Səudiyyə Ərəbistanı 3 1 1 1 6 6 0 4
  Boliviya 3 0 2 1 2 3 -1 2
  Misir 3 0 2 1 5 9 –4 2
Son nəticə
Komanda Oyun Q H M V/q B/q Q/f Xal
  Braziliya 3 3 0 0 7 0 7 9
  ABŞ 3 2 0 1 4 2 2 6
  Almaniya 3 1 0 2 2 6 -4 3
  Yeni Zelandiya 3 0 0 3 1 6 –5 0
Rəqib Nəticə Seçmə mərhələ Rəqib Nəticə
  ABŞ 1–0 (Qızıl qol) Yarımfinal   Səudiyyə Ərəbistanı 8–2

Oyunun nəticələri

redaktə
4 avqust 1999
21:00
  Meksika 4 : 3
Hesabat
  Braziliya
Migel Zepeda   13', 51'
Xose Manuel Abundis   28'
Kuautemok Blanko   62'
Qollar Serjinyo   43' (pen.)
Roni   47'
Ze Roberto   63'
Azteka, Mexiko
Tamaşaçı: 110 000
Hakim:   Anders Frisk
 
 
 
 
 
 
 
 
 
Meksika
 
 
 
 
 
 
 
 
 
 
Braziliya
Q 1 Xorxe Kampos
M 18 Salvador Karmona
M 4 Rafael Markes   21'
M 2 Klaudio Suarez (k)   74'
Y 6 Xerman Vilya
Y 13 Pavel Pardo
Y 19 Migel Zepeda   83'
Y 7 Ramon Ramirez
Y 10 Kuautemok Blanko   50'
H 9 Xose Manuel Abundis   11'
H 17 Fransisko Palensiya   70'
Əvəzetmə:
M 14 İsaak Terrazas   70'
Y 16 Xesus Arellano   83'
Baş məşqçi:
  Manuel Lapuente
 
Q 1 Dida
M 3 Odvan
M 4 Juan Karlos     46', 90+2'
M 6 Serjinyo
Y 8 Emerson
Y 5 Flavio Konseysao
Y 20 Vampeta
Y 11 Ze Roberto   5'   82'
Y 17 Beto   45'
H 7 Ronaldinyo
H 10 Aleksandro de Souza
Əvəzetmə:
H 18 Roni   45'
H 19 Varley   82'
Baş məşqçi:
  Vanderley Luksemburqo

Hakimin köməkçiləri:
  Fernando Treasko Qrasiya (İspaniya)
  Avni Hassuneh (İordaniya)

İstinadlar

redaktə
  • Match report Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=1999_FİFA_Konfederasiyalar_Kuboku_Finalı&oldid=6255814"
LOVE.AZ