1 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
1 №-li Qayıdış qəsəbəsi | |
---|---|
39°37′03″ şm. e. 47°39′02″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 sentyabr 2004 |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Poçt indeksi | AZ1919 |
Nəqliyyat kodu | 19 |
Xəritəni göstər/gizlə
|
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.
"Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun[3] "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.
Həmin hissənin ikinci abzası ilə "1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun[4] I hissəsinin sonuncu abzasına əsasən Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır.
Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919.[5]
1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[6]
Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir.[7]