. Love.az

2001 Kosmik Odissey Film 1968 - Wikipedia - Love.az

Ana Səhifə - 2001 Kosmik Odissey Film 1968

2001: Kosmik Odissey 1968-ci ildə Amerikalı rejissor Stenli Kubrik tərəfindən çəkilmiş elmi-fantastika filmi. Ssenarisi Artur Klarkın qısa hekayələrindən ilhamlanan film yadplanetlilər tərəfindən yerləşdirilən və insanlıq tarixinə təsir edən bir qayanın kəşfindən sonra 5 kosmonavtın şüurlu kompüter HAL ilə Yupiterə səyahətindən bəhs edir. Film insan təkamülü, ekzistensializm, texnologiya, süni intellekt, və yerdənkənar həyat kimi mövzulara toxunur.

2001: Kosmik Odissey
ing. 2001: A Space Odyssey[1]
Janr Elmi-fantastika
Əsas mövzu süni intellekt, kosmik tədqiqat, Antropogenez
Rejissor Stenli Kubrik
Prodüser
  • Stenli Kubrik
Ssenari müəllifləri
  • Artur Klark
  • Stenli Kubrik
Baş rollarda
  • Marqaret Tayzek[d]
  • Artur Klark
Operator
  • Ceffri Ansuort[d][2][3]
Bəstəkarlar
  • Rixard Ştraus
  • Aram Xaçaturyan
  • İohann Ştraus
İstehsalçı Metro-Goldwyn-Mayer
Distribütor Metro-Goldwyn-Mayer
İlk baxış tarixi 2 aprel 1968
Müddət 143 dəq.
Büdcə 10.500.000 $
Gəlir 146.000.000 $, 60.481.243 $[4]
Ölkələr
  •  ABŞ[5][6]
  •  Birləşmiş Krallıq[5][6]
Dil ingilis dili
Rəng rəngli[d]
Çəkiliş yeri Namibiya[7], Arizona, Yuta
IMDb ID0062622
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmdə kosmik səyahətin elmi cəhətdən dəqiq təsviri və misli görülməmiş vizual effektlər xüsusilə diqqət çəkir. Kubrik filmin hekayəsini dialoqdan daha çox görüntülərlə nəql edir. Filmdə Rixard Ştraus, İohan Ştraus, və Aram Xaçaturyan kimi bəstəkarların klassik musiqisi geniş yer alır.

2001 çoxları tərəfindən dünya tarixinin ən önəmli və nüfuzlu filmlərindən biri hesab olunur. Bəziləri filmi müəmmalı və apokaliptik olaraq şərh etsə də, digərləri filmin insanlığa optimist nöqteyi-nəzərdən baxdığını irəli sürüb. 4 kateqoriyada Oskar nominasiyası alan film Vizual Effektlər kateqoriyasında mükafata layiq görülmüşdür. 1991-ci ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi, və ya estetik cəhətdən əhəmiyyətli" hesab edilən film ABŞ Milli Film Arxivində qorunub saxlanılır.

İstinadlar

redaktə
  1. ↑ 2001: A Space Odyssey | Memory Beta, non-canon Star Trek Wiki | Fandom.
  2. ↑ http://flickfacts.com/movie/179/2001-a-space-odyssey.
  3. ↑ https://wondersinthedark.wordpress.com/2009/05/15/2001-a-space-odyssey-no-13/.
  4. ↑ Box Office Mojo (ing.). 1999.
  5. ↑ 1 2 3 4 2001: A Space Odyssey (1968) (ing.). British Film Institute.
  6. ↑ 1 2 3 4 2001: A Space Odyssey.
  7. ↑ http://www.movie-locations.com/movies/0/2001-A-Space-Odyssey.html#.V6ygC5grKiM.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=2001:_Kosmik_Odissey&oldid=8004476"
LOVE.AZ