2034-cü il FIFA Dünya Kuboku— 25-ci FIFA Dünya Kuboku. FİFA-ya üzv assosiasiyaların milli komandaları arasında dörd ildən bir keçirilən beynəlxalq kişi futbol çempionatı.
2034 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | məlum deyil |
Tarix | İyun-İyul 2030 |
Başlama tarixi | 10 iyun 2034 |
Bitmə tarixi | 10 iyul 2034 |
Komanda sayı | 48 |
← 2030 2038 → |
2034-cü il dünya çempionatı üçün seçim prosesi hələ başlamayıb. Bununla belə, 2027-ci ildə seçiləcək ev sahibi ilə bəzi erkən namizədlər təklif edilmişdir. Aşağıda namizədlərin siyahısı verilmişdir:
2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün ilk təklif Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının üzvləri tərəfindən kollektiv təklif kimi irəli sürülüb. ASEAN-ın birgə müraciət ideyası hələ 2011-ci ilin yanvarında, Sinqapur Futbol Assosiasiyasının keçmiş prezidenti Zainudin Nordin verdiyi açıqlamada bu təklifin ASEAN Xarici İşlər Nazirləri toplantısında irəli sürüldüyünü bildirən zaman gündəmə gəlmişdi.[1] 2017-ci ildən etibarən FİFA qaydalarına əsasən, 2030-cu il Dünya Çempionatı Asiyada (AFC) keçirilə bilməz, çünki 2022-ci ildə Qətərin seçilməsindən sonra Asiya Futbol Konfederasiyasının üzvləri namizədlər siyahısından kənarlaşdırılır.[2][3] Beləliklə, AFC üzvü tərəfindən ən erkən təklif 2034-cü il üçün edilə bilər.[4][5][6]
15 iyun 2022-ci ildə Kambocanın Baş naziri Hun Sen ASEAN-ın sədri vəzifəsində Cənub-Şərqi Asiya liderlərini 2034 və ya 2038-ci illərdə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etməyə çağıracağını söyləyir.[7]
Misirin İdman və Gənclər Naziri Əşrəf Sobhi bildirib ki, Misir 2034 FIFA Dünya Çempionatına ev sahibliyi etmək təklifini nəzərdən keçirir.[8]
Zimbabvenin Turizm və qonaqpərvərlik sənayesi naziri Valter Mzembi, Zimbabvenin 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edəcəyini bildirib.[9]
2022 FIFA Dünya Çempionatına ev sahibliyi etmək üçün uğursuz təklifindən sonra, Avstraliya 2023 FIFA Qadınlararası Dünya Çempionatına ev sahibliyi edəcək OFC üzvü olan qonşu Yeni Zelandiya ilə birgə təklifi nəzərdən keçirdi.[10][11] Avstraliya bu niyyətini 2021-ci ilin avqustunda, Brisben şəhərinin 2032-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək iddiasında uğur qazanmasından qısa müddət sonra bərpa etdi.[12] Bu dəfə, Yeni Zelandiya əvəzinə İndoneziya və digər ASEAN ölkələri ilə birgə namizədlik də Avstraliya tərəfindən müzakirə edilib.[13] Ancaq, İndoneziya Avstraliya ilə birgə təklifdən çəkinir, çünki ölkənin də eyni müsabiqə üçün ASEAN-ın təklifində iştirak edir.[14]