. Love.az

22 Lekeli Tea Parabuzeni - Wikipedia - Love.az

Ana Səhifə - 22 Lekeli Tea Parabuzeni

22-Ləkəli tea parabüzəni (lat. Thea 22-punctata L. ) — Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir.

22-Ləkəli tea parabüzəni
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
???:
22-Ləkəli tea parabüzəni
Beynəlxalq elmi adı
  • Psyllobora vigintiduopunctata L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  115349
EOL  3216089

Mündəricat

  • 1 Biologiyası
  • 2 Yayılması
  • 3 Ədəbiyyat
  • 4 İstinadlar

Biologiyası

redaktə

Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. Göbələklərdən də imtina etmirlər. Azərbaycan şəraitində il ərzində iki bütöv nəsil verir. İlk yumurtaqoyma aprel ayının sonunda başlayır və may ayının ikinci yarısında başa çatır. İyununn sonunda yumurtaların, sürfələrin və böcəklərin say dinamikası daha yüksək olur. Bir qayda olaraq yumurtalarını aşağı yaruslara qoyurlar. Qışı qidalandıqları sahələrdə xəzəlin və çöplərin altında keçirilər. Nadir hallarda ağacların koğuşunda və qabıq altında qışlayırlar. Qanadüstlüyü sarı rəngdə olub, hər tərəfdə 11 ədəd qara ləkə və ya nöqtə olur. Bəzən nöqtələr qeyri-bərabər ölçüdə olmaqla sistemli yerləşirlər. Ümumiyyətlə, nöqtələrin sayına və formasına görə sabit olmur. Baş hissə sarıdır. Qara gözləri. Sarı alnı aydın görünür. Bığcıqlar muncuq şəkilli buğumlardan ibarət olub, başı toppuzvaridir. Davranışları. Cəldliyi ilə yırtıcı parabüzənlərdən fərqlənir. Uzunluğu 3-3,5 mm-dir.

Yayılması

redaktə

Qərbi Avropada, İranda. Türkiyədə və Qafqazda yayılıblar.

Ədəbiyyat

redaktə
  1. Naxçıvan Muxtar Respublikasında yayıla</ref> n yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=22-Ləkəli_tea_parabüzəni&oldid=7430475"
LOVE.AZ