. Love.az

250 Manatliq Esginas - Wikipedia - Love.az

Ana Səhifə - 250 Manatliq Esginas

250 manatlıq əsginas — Azərbaycanda 1992-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1992-ci ildə) dövriyyəyə buraxılmışdır.

250 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 250 manat
Eni 125 mm
Uzunluğu 63 mm
Nəşr illəri 1992
Ön tərəf
Ön tərəf
Arxa tərəf
Arxa tərəf

Mündəricat

  • 1 Tarixi
  • 2 Təsviri
  • 3 Ölçüləri
  • 4 Mühafizə elementləri
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Tarixi

redaktə

250 manatlıq əsginaslar yalnız bir dəfə – 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 250 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[1][2]. 250 manatlıq əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[3][4]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[4].

  •  
    1992-ci ildə buraxılmış ilk və yeganə 250 manatlıq əsginasların ön tərəfi
  •  
    1992-ci ildə buraxılmış ilk və yeganə 250 manatlıq əsginasların arxa tərəfi

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[5].

Təsviri

redaktə
 
Əsginasın üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti

Əsginas sadə dizayna malik olmuş[6], ön tərəfində Qız qalası təsvir olunmuşdur. Əsginasların arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üzərində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuşdur[6].

Ölçüləri

redaktə

250 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[7].

Mühafizə elementləri

redaktə

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Bu əsginasda su nişanı - üç alov təsvir olunmuşdu[8].

Həmçinin bax

redaktə
  • Azərbaycan manatı

İstinadlar

redaktə
  1. ↑ Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011  (az.)
  2. ↑ Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016  (az.)
  3. ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine  (az.)
  4. ↑ 1 2 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012  (az.)
  5. ↑ "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  6. ↑ 1 2 Müstəqillik dövrü pulları Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. azerbaijans.com  (az.)
  7. ↑ Dövriyyədən çıxarılmış əskinaslar - AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az  (az.)
  8. ↑ Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az  (az.)

Xarici keçidlər

redaktə
  Vikianbarda 250 manatlıq əsginas ilə əlaqəli mediafayllar var.
  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=250_manatlıq_əsginas&oldid=7407850"
LOVE.AZ