. Love.az

2 Li Qayidis Qesebesi - Wikipedia - Love.az

Ana Səhifə - 2 Li Qayidis Qesebesi
Bu adın digər istifadə formaları üçün bax: Qayıdış qəsəbəsi.

2 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 2 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

Qəsəbə
2 №-li Qayıdış qəsəbəsi
39°37′41″ şm. e. 47°37′54″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 2004
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 960 nəf.
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
2 №-li Qayıdış qəsəbəsi xəritədə
2 №-li Qayıdış qəsəbəsi
2 №-li Qayıdış qəsəbəsi

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 Təhsil
  • 4 Sosial infrastruktur
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Tarixi

redaktə

"Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun[3] "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 2 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.

Həmin hissənin ikinci abzası ilə "1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun[4] I hissəsinin ikinci abzasına əsasən "2 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 2 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

Əhalisi

redaktə

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

2 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi, 12 Qarabağ müharibəsi əlili var.

2019-cu ilin sentyabrına olan məlumata görə qəsəbədə 960 nəfər yaşayır.[5]

Təhsil

redaktə

2 saylı Qayıdış qəsəbəsində 120 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[6]

Qəsəbədə "Qayıdış qəsəbə 2 № li tam orta məktəb" fəaliyyət göstərir.[7]

Sosial infrastruktur

redaktə

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-03-18.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
  5. ↑ Alı Alıyev növbəti görüşünü keçirdi
  6. ↑ Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  7. ↑ "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.

Xarici keçidlər

redaktə
  • Füzuli rayon bələdiyyələrinin siyahısı
  • Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul. - S. 1.
  • Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
  • ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli Qanunu" (az.). president.az. 2014-05-30. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=2_№-li_Qayıdış_qəsəbəsi&oldid=8132249"
LOVE.AZ