. Love.az

500 Manatliq Esginas - Wikipedia - Love.az

Ana Səhifə - 500 Manatliq Esginas

500 manatlıq əsginas — Azərbaycanda 1993–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1993-cü ildə) dövriyyəyə buraxılmışdır.

500 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 500 manat
Eni 125 mm
Uzunluğu 63 mm
Nəşr illəri 1993
Arxa tərəf
Arxa tərəf

Mündəricat

  • 1 Tarixi
  • 2 Təsviri
  • 3 Ölçüləri
  • 4 Mühafizə elementləri
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Tarixi

redaktə

500 manatlıq əsginaslar yalnız bir dəfə – 1993-cü ilin fevral ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1]. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. Əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].

  •  
    1993-cü ildə buraxılmış ilk və yeganə 500 manatlıq əsginasların arxa tərəfi

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[6].

Təsviri

redaktə

Əsginasın ön tərəfində əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin portretinin çapı nəzərdə tutulmuşdur[5]. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 1000 manatlıq əsginasın üzərində təsvir olunur[5]. 500 manatlıq əsginasda isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti təsvir olunur[7].

Əsginasın arxa tərəfi elə həmin il dövriyyəyə buraxılmış 1000 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı[7]. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir[7].

Ölçüləri

redaktə

500 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[1].

Mühafizə elementləri

redaktə

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[7].

Həmçinin bax

redaktə
  • Azərbaycan manatı
  • 500 manatlıq sikkə

İstinadlar

redaktə
  1. ↑ 1 2 Dövriyyədən çıxarılmış əskinaslar — AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az  (az.)
  2. ↑ Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011  (az.)
  3. ↑ Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016  (az.)
  4. ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine  (az.)
  5. ↑ 1 2 3 4 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012  (az.)
  6. ↑ "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  7. ↑ 1 2 3 4 Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az  (az.)

Xarici keçidlər

redaktə
  Vikianbarda 500 manatlıq əsginas ilə əlaqəli mediafayllar var.
  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=500_manatlıq_əsginas&oldid=7407853"
LOVE.AZ