. Love.az

9 Li Qayidis Qesebesi - Wikipedia - Love.az

Ana Səhifə - 9 Li Qayidis Qesebesi
Bu adın digər istifadə formaları üçün bax: Qayıdış qəsəbəsi.

9 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 9 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

9 №-li Qayıdış qəsəbəsi
39°44′23″ şm. e. 47°30′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 2004
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Poçt indeksi AZ1912
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
9 №-li Qayıdış qəsəbəsi xəritədə
9 №-li Qayıdış qəsəbəsi
9 №-li Qayıdış qəsəbəsi

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 Poçt
  • 4 Təhsil
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

"Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 01.09.2004-cü il tarixli 727-IIQ nömrəli Qanunun[3] "Füzuli rayonu üzrə" hissəsinin birinci abzasına əsasən "Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 9 №-li Qayıdış... qəsəbələri rayonun ərazi vahidləri siyahısına daxil" edilmişdir.

Həmin hissənin üçüncü abzası ilə "Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 19.06.2009-cu il tarixli 837-IIIQ nömrəli Qanunun[4] I hissəsinin səkkizinci abzasına əsasən "9 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla 9 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi" yaradılmışdır.

Əhalisi

redaktə

Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

Poçt

redaktə

Aşağı Seyidəhmədli Poçt Şöbəsi 9 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1912.[5]

Təhsil

redaktə

Qəsəbədə "Qayıdış qəsəbə 7 №-li tam orta məktəb" fəaliyyət göstərir.[6]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-03-18.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
  5. ↑ ""Azərpoct" MMC-nin Füzuli Poct Filialı" (az.). fuzuli-ih.gov.az. 2020. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  6. ↑ "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.

Xarici keçidlər

redaktə
  • Füzuli rayon bələdiyyələrinin siyahısı
  • Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul. - S. 1.
  • Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
  • ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli Qanunu" (az.). president.az. 2014-05-30. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=9_№-li_Qayıdış_qəsəbəsi&oldid=8132250"
LOVE.AZ