. Love.az

Ag Ciyer Qanaxmasi - Wikipedia - Love.az

Ana Səhifə - Ag Ciyer Qanaxmasi

Ağ ciyər qanaxması, heyvanlarda – əsasən, idman atları və ov itlərində təsadüf edilən xəstəlikdir.

Mündəricat

  • 1 Etiologiyası:
  • 2 Əlamətləri:
  • 3 Müalicəsi:
  • 4 Mənbə

Etiologiyası:

redaktə

Uzaq məsafələrə qaçış zamanı ağ ciyərlərin həddindən artıq gərginləşməsi, ağ ciyər pnevmoniyası və emfizemasının ağırlaşması, döş qəfəsi nahiyəsinin travması, dərin yaralar, itlərdə vərəm ağırlaşmalarıdır.

Əlamətləri:

redaktə

Öskürək zamanı burun dəliklərindən güclənən xırda köpüklü qanlı mayenin axması, ağ ciyər nahiyəsində xırda qovuqcuqlu yaş xırıltı. Diaqnozu klinik əlamətlərə əsasən qoyulur.

Müalicəsi:

redaktə

Heyvanı mülayim sərin yerdə saxlamaq. Öskürəyi pektusin, yaxud dioninlə sakitləşdirmək. Bərk qanaxma zamanı qanın özlülüyünü və laxtalanmasını artıran dərmanlar (kalsium-xlorid, K vitamini) vermək lazımdır.

Mənbə

redaktə

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146. ISBN 978-9952-441-02-4.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağ_ciyər_qanaxması&oldid=7500170"
LOVE.AZ