Ağ dəniz-Baltik kanalı (rus. Беломо́рско-Балти́йский кана́л) — Ağ dənizi Oneqa gölü ilə birləşdirən kanal. Birinci beşilliyin ən mühüm qurğularından biridir, 1933-cü ildə istifadəyə verilmişdir. Yolun ümumi uzunluğu 227 kilometrdir. Kanalda 19 şlüz, 15 bənd, 49 damba, 12 ənkəc. Kanal SSRİ-nin Avropa hissəsinin dənizləri arasında daxili su əlaqəsinii təmin etmiş, Sankt-Peterburqla (o vaxtlar Leninqrad) Arxangelsk arasındakı yolu 4 min kilometr qısaltmış, ətraf rayonların zəngin meşə və tikinti materialından istifadə imkanını genişləndirmişdir.[1]
Ağ dəniz-Baltik kanalı | |
---|---|
![]() | |
Giriş | Oneqa gölü |
Mənsəb | Ağ dəniz |
Uzunluğu | 227 |
![]() |
Vikianbarda Ağ dəniz-Baltik kanalı ilə əlaqəli mediafayllar var. |