Ağabəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati ərazi dairəsində kənd.[3] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[4]
Ağabəyli | |
---|---|
40°03′47″ şm. e. 47°22′04″ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağcabədi rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 36 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0434 |
Xəritəni göstər/gizlə
|
Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır.[5] Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur.
Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir.
Əhalisi 641 nəfərdir.
Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə "Atropatena" şirkəti tərəfindən inşa olunan "Atena" süd məhsulları kombinatı fəaliyyət göstərir. Kombinatın açılışı 6 may 2011-ci ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[6] Əhali əsasən əkinçilik və heyvandarlıq ilə məşğul olur.
2 oktyabr 2012-ci ildə Ağabəyli 120 yerlik kənd ümumi orta məktəbinin yeni binasının açılışı olmuşdur.[7][8][9]
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |