. Love.az

Agabeyliler - Wikipedia - Love.az

Ana Səhifə - Agabeyliler
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (fevral 2025)

Ağabəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Ağabəylilər
Titul Bəy
Əcdadı Ağa bəy Qaraqaşlı
Mənşəyi Qaraqaşlı, Salyan, Muğan
Təbəəliyi Quba xanlığı
Şirvan xanlığı
Cavad xanlığı
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Qaraqaşlı

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Əmir Teymurun (1370-1405) cığatay tayfasına mənsub olmuş Ağabəylilər Muğanın qədim nəsillərindən biridir. XVI əsrin sonunda, XVII əsrin əvvəllərində bu nəslin nümayəndələri Şah I Abbas Səfəvinin əmirlərindən olmuş və Səfəvi imperiyasının Hindistan sərhədlərində zabit rütbəsində xidmət etmişlər. 1603-1612-ci illərdə onlar Osmanlı-Səfəvi müharibələrində iştirak etmiş və Muğanın azad olunması uğrunda vuruşmuşlar. Bu xidmətlərinə görə şahın fərmanı ilə nəslin nümayəndəsi Arslan bəyə Muğanda torpaq mülkü bəxş edilmişdir. Onun ulu nəvəsi Cığatay bəy Qacarlar dövründə (XVIII əsrin ikinci yarısı) Salyanda mülkədar olmuşdur.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Sadıq bəy Ağabəyzadə — general-mayor, şərqşünas alim, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini.
  • Ağaxan Ağabəyli — Kənd təssərrüfatı elmləri doktoru, professor.
  • Mayis Ağabəyov — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000).
  • Hüseyn bəy Ağabəyov — Azərbaycan tibb alimi.
  • Rza bəy Ağabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Mənbə

redaktə
  • S.S. Ağabəyov, Y.Ə. Ağabəyov. Ağabəylilər. Bakı: Nurlar, 2008, 248 səh.

Həmçinin bax

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağabəyovlar&oldid=8042492"
LOVE.AZ