. Love.az

Agababa Sadiqov - Wikipedia - Love.az

Ana Səhifə - Agababa Sadiqov

Ağababa Sadıqov (azərb. Sadıqov Ağababa Hacıbaba oğlu‎; d. 1875, Şamaxı – 1905, Rusiya) — poruçik, Port Artur müharibəsi iştirakçısı, qəhrəman döyüşçü.

Ağababa Sadıqov
azərb. Sadıqov Ağababa Hacıbaba oğlu‎
Şəxsi məlumatlar
Doğum tarixi 1875
Doğum yeri Şamaxı
Vəfat tarixi təxminən 1905
Vəfat yeri Rusiya
Hərbi fəaliyyəti
Rütbəsi poruçik

Həyatı

redaktə

Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmış.[1]

1903-cü ilin əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.[1]

Tədqiqatçı Şəmistan Nəzirli "General Əli ağa Şixlinski və silahdaşlari" kitabında yazır: "Aleksandr Stepanovun "Port-Artur", P.Larenkonun "Port-Arturun əzablı günləri" və Trofim Borisovun "Portarturçular" romanlarında bir azərbaycanlı soyadına da rast gəlinir – poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı ildə Peterburqda nəşr olunmuş "Port-Arturun əzablı günləri" (II cild) sənədli əsərində yaralanmış poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub. Döyüşlərdə mətanət və mərdliklə vuruşan poruçik Sadıqov qəhrəmanlıqla həlak olub."[1]

Ədəbiyyat

redaktə
  1. Şəmistan Nəzirli. "Kommunist" qəzeti, 1984, 9 sentyabr.
  2. Şəmistan Nəzirli. "Azərbaycan generalları." Bakı, "Gənclik", 1991.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Şəmistan Nəzirli "General Əli ağa Şıxlinski və silahdaşları" (Hərb tarixindən araşdırmalar) Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine, Bakı, "Şərq-Qərb", 2012. səh.32-33
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağababa_Sadıqov&oldid=6629505"
LOVE.AZ