. Love.az

Agadadas Kerbelayi Oglu - Wikipedia - Love.az

Ana Səhifə - Agadadas Kerbelayi Oglu

Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966).

Ağadadaş Kərbəlayı oğlu
Doğum tarixi 10 iyun 1926
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 dekabr 2008 (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti neftçi
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı SSRİ Dövlət mükafatı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyat və əmək fəaliyyəti

redaktə

Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mənbə

redaktə
  • Azərbaycan Sovet Ensiklopediyası I cild. Bakı, 1976. səh 95.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağadadaş_Kərbəlayı_oğlu&oldid=7847995"
LOVE.AZ