. Love.az

Agahuseyn Resulzade - Wikipedia - Love.az

Ana Səhifə - Agahuseyn Resulzade
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Rəsulzadə (soyad).

Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə
Doğum tarixi 1884
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1938
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı

Həyatı

redaktə

Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir.

Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933). Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləmişdir. "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olmuşdur. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

Kitabları

redaktə
  1. Nöqsanlarımız. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 15 səh.

İstinadlar

redaktə
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağahüseyn_Rəsulzadə&oldid=8047381"
LOVE.AZ