Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Abdullayev Ağaməmməd Səməd oğlu (1909, Novxanı, Bakı qəzası – 1976, Bakı) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960).[1]
Ağaməmməd Abdullayev | |
---|---|
Abdullayev Ağaməmməd Səməd oğlu | |
![]() | |
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1976 |
Vəfat yeri | |
Elmi adı | professor (1960) |
İş yerləri | |
Təhsili |
|
Ağaməmməd Abdullayev 1909-cu ildə Bakının Novxanı kəndində dəmirçi ailəsində dünyaya gəlib.[2] A. Abdullayev 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Təhsil almaqla bərabər orta məktəbdə Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmişdir. Alim 1941–1942-ci illərdə M.F.Axundov adına Müəllimlər İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1942–1949-cu illərdə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda Azərbaycan dili kafedrasına rəhbərlik etmiş, 1942-ci ildə pedaqoji elmlər namizədi, 1958-ci ildə pedaqoji elmlər doktoru alimlik dərəcələrini almışdır.[3]
1966–1970-ci illərdə M.F.Axundov adına Xarici Dillər İnstitutunun rektoru olmuşdur.[3]
Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbaycan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Üzeyir Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.[4] "Nitq mədəniyyəti və natiqlik məharəti haqqında" kitabının müəllifidir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |