. Love.az

Agamirovlar - Wikipedia - Love.az

Ana Səhifə - Agamirovlar

Ağamirovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Ağamirovlar
Ağamirovlar soyuna məxsus Mir Möhsün Nəvvab
Ağamirovlar soyuna məxsus Mir Möhsün Nəvvab
Titul Seyid, bəy
Əcdadı Mir Səbur ağa Qarabaği
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun məşhur nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Soyun yaranması

redaktə

Bu soyun ulu babası Mir Səbur ağadır. Mir Səbur ağanın Mir Fəseh ağa adlı oğlu vardı. Mir Fəseh ağanın Mir Fərzənd ağa, Seyid Əsəd ağa, Seyid Zeynalabdin ağa adlı oğulları vardı. Mir Fərzənd ağa Şuşa şəhərində doğulmuşdu. Mir Fərzənd ağanın Mir Əhməd ağa, Mir Mehdi ağa adlı oğulları vardı. Mir Əhməd ağa 1810-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Hacı Mir Əhməd ağa Pərzad xanım Hacı Əmiraslan bəy qızı ilə və Gövhər xanımla ailə qurmuşdu. Mir Möhsün ağa, Mir Rza ağa, Mir Əbutalıb ağa, Mir Hüseyn ağa, Mir Cəlal ağa, Seyid Yusif ağa, Seyid İsmayıl ağa, Mir Fəttah ağa, Mir Məhəmməd ağa adlı oğulları, Seyid Xanım xanım, seyid Səltənət xanım adlı qızları vardı.

Soyun məşhur nümayəndələri

redaktə
  • Mir Möhsün Nəvvab — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim.
  • Tamilla Ağamirova — Azərbaycan aktrisası, Rusiyanın xalq artisti, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistri.
  • Mirmusa Ağamirov — Azərbaycan botaniki, Azərbaycanda ilk nəbatat alimlərindən biri.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Ağamirovlar, "Soy" еlmi-kütləvi dərgi, 2009, №5, səh.30-33

Həmçinin bax

redaktə
  • Qarabağ
  • Şuşa

Xarici keçidlər

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağamirovlar&oldid=7402772"
LOVE.AZ