. Love.az

Agayevler Soy - Wikipedia - Love.az

Ana Səhifə - Agayevler Soy
Bu adın digər istifadə formaları üçün bax: Ağayevlər.

Ağayevlər — Azərbaycanın tanınmış soylarından biri.

Ağayevlər
Ağayevlərə məxsus olan Fərəc bəy Ağayev
Ağayevlərə məxsus olan Fərəc bəy Ağayev
Titul Bəy
Əcdadı Əliqulu ağa Qarabaği
Mənşəyi Qarabağ, Şuşa, Ağcabədi
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Ağcabədi

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Qarabağ xanlığı qurulandan sоnra Ağcabədi kəndi Kəbirli mahalının tərkibinə qatıldı. Kənd xan tərəfindən Əliqulu ağa Əmir оğlunun törəməsinə tiyul verildi. Əliqulu ağanın оğlu Hacı Aslan bəyin yükdə gəbəsi tavana çatar, qaytabanda dəvəsi qatardı. Sürüsü dağ dоlandırardı, naxırı оtlaq. Əliqulu ağanın törəmələri Ağayev sоyadını daşıyırlar.

Əliqulu ağa varından оğlu Hacı Əlirza bəyə saxlamağa dövlət, paylamağa xələt ayırmışdı. Hacı Əlirza bəy İbrahimxəlil xan Sarıcalı-Cavanşirin yaxın adamlarından sayılırdı.

Hacı Əlirza bəyin Nağı bəy, Tağı bəy, Ağarza bəy, Əmir ağa və Aslan ağa adlı оğulları vardı.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Nəsir bəy Ağayev — Qarabağ bəyi, çar məmuru, şair.
  • Fərəc bəy Ağayev — çar ordusunun general-leytenantı. Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı.
  • Abbas bəy Ağayev — Qarabağ bəyi, çar zabiti, mayor.
  • Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloqu, helmintoloq. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Ağayevlər. "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.17-24.

Həmçinin bax

redaktə
  • Ağcabədi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağayevlər_(soy)&oldid=5988129"
LOVE.AZ