. Love.az

Agbend Korpusu - Wikipedia - Love.az

Ana Səhifə - Agbend Korpusu
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. (iyun 2025)

Ağbənd körpüsü — Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Araz çayı üzərində İranla sərhəddə yerləşən avtomobil körpüsü. Körpü üzərində sərhəd-gömrük in­frastrukturu mövcuddur.

Ağbənd körpüsü
Üslubu modern

Tikintisi

redaktə

2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbay­can Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökumə­ti arasında İran İslam Respublika­sının ərazisindən keçməklə Azər­baycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Nax­çıvan Muxtar Respublikası ara­sında yeni kommunikasiya bağ­lantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çər­çivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə təd­birləri layihələrinin təməlqoyma mərasimi keçirilib. Bununla da layihə çərçivəsində tikinti işlərinə start verilib.[1]

Tədbirdə Araz çayı üzərin­dən tikintisi başlanılan körpünün koordinatları və texniki parametr­ləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq mü­vafiq sərhəd-gömrük məntəqə­sinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məc­ratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası ara­sında inşa ediləcək yeni dəmir yolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumla­rının məlumatları dinlənilib. Qeyd olunub ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, eləcə də 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Avtomobillər üçün nəzərdə tutulan körpü ilə yanaşı, burada Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də körpü salınacaq.[2]

İstinadlar

redaktə
  1. ↑ Ağbənd körpüsü Naxçıvana açılan qapıdır
  2. ↑ "Ağbənd körpüsü stratejidir, burada gömrük-keçid məntəqəsi və terminal da inşa ediləcək" - İranlı nazir

Xarici keçidlər

redaktə
  • Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir - Prezident İlham Əliyev
  • Musəvi: İranla Azərbaycan arasında Ağbənd körpüsü ilə bağlı razılaşma Bakının Tehrana etimadının göstəricisidir
  • Horadiz-Ağbənd dəmir yolunda tikilən körpü ilə bağlı planlar açıqlanıb
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağbənd_körpüsü&oldid=8158082"
LOVE.AZ