Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye[1][2]. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır[3][4].
Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür.
Ağcaqayın şirəsi Rusiya Federasiyası (rus. берёзовый сок), Latviya (latış. bērzu sula), Estoniya (est. kasemahl), Finlandiya (fin mahla), Litva (lit. beržo sula, beržų sula), Belarus (belar. бярозавы сок), Polşa (pol. sok z brzozy, oskoła), Ukrayna (ukr. березовий сік), Fransa, Şotlandiya, Norveç[5], İsveç[6] və Şimali Avropanın əksər regionlarının ənənəvi içkisidir[7].
Vikianbarda Ağcaqayın şirəsi ilə əlaqəli mediafayllar var. |