. Love.az

Agciyer Kotuyu Qapagi - Wikipedia - Love.az

Ana Səhifə - Agciyer Kotuyu Qapagi

Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat. nodulus valvulae semilunaris (Arantii - BNA)) vardır, bununyan tərəfində qapaqcığın azad kənarları nazik bir halda qalaraq aycıq - (lat. lunula valvulae semilunaris) adlanır. Mədəcik sistola edərkən ağciyər kötüyü qapağı açılıb qanı ağciyər kötüyünə buraxır; aypara qapaqcıqların ortasında yuxarıda göstərilən düyüncüklər olduğu üçün onlar, tamamən damarın divarına söykənmir; beləliklə mədəciyin diastolası zamanı damarda olan qan artıq təzyiq ilə aypara qapaqcıqların ciblərinə dolur, nəticədə bunlar bir-birinə yaxınlaşaraq ağciyər kötüyü dəliyini möhkəm qapayırlar; ayparalar yaxınlaşdıqda onların nazik kənarları (aycıqları) bir-birinə sıxılaraq qanın damardan mədəciyə qayıtmasına mane olur.

Ağciyər kötüyü qapağı
[[File:
Sağ mədəcikSol mədəcikAorta qapağıİkitaylı qapaqSol qulaqcıqSağ qulaqcıqAortaAğciyər kötüyü qapağıÜçtaylı qapaqAşağı boş venaYuxarı boş venaAğciyər arteriyasıAğciyər venaları
|frameless|300x300px|Ürəyin diaqramması]]
Ürəyin diaqramması
Latınca Valva trunci pulmonalis
Qrey subyekt 138 532
Sistem Ürək-damar
Üzv Ürək
MeSH Pulmonary+Valve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbələr

redaktə
 
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979
  • Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
  • Anatomy: Embryologie[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağciyər_kötüyü_qapağı&oldid=5720397"
LOVE.AZ