. Love.az

Agdam Tarix Diyarsunasliq Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Agdam Tarix Diyarsunasliq Muzeyi

Ağdam Tarix-Diyarşünaslıq Muzeyi — Ağdam şəhərində yaradılmış muzey.

Ağdam Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1962
Mövzu Tarix
Yerləşir Ağdam rayonu Qaradağlı kəndi
Kolleksiyası 2500 eksponat

Mündəricat

  • 1 Muzeyin tarixi
  • 2 Muzeyin eksponatları
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Muzeyin tarixi

redaktə

1962-ci ildə Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərində fəaliyyətə başlamışdır. Muzeyin direktoru vəzifəsinə rayon ziyalısı Yusif Əhmədov təyin edilmişdir. Muzeyin ştat cədvəli 1982-ci ildə təsdiq edilir. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsini isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otagına köçürülür. Eksponatlar isə “İmarət”də sərgilənirdi.[1]

1993-cü ildə Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır.[2] 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kəndi Mədəniyyət Evinin binasında 100 eksponatla fəaliyyətə başlamışdır.

Muzeyin eksponatları

redaktə

Muzeydə 2500-dən artıq eksponat sərgilənirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, o cümlədən, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir. Yenidən toplanılmış, bərpa edilmiş tarixi maddi-mədəniyyət nişanələrinin hesabına 2015-ci ildə muzeydə 2600-dək eksponat sərgilənib.[1]

Həmçinin bax

redaktə
  • Azərbaycan muzeyləri
  • Ağdam rayonu
  • Ağdam abidələri

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Qarabağ muzeyləri". 1905.az. 19.07.2015. 2021-01-16 tarixində arxivləşdirilib.
  2. ↑ "Ağdam rayon Tarix Diyarşünaslıq muzeyi". 2020-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağdam_Tarix-Diyarşünaslıq_Muzeyi&oldid=7355964"
LOVE.AZ