Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını[1] və Cənubi Uralın ən böyük çayı[2].
Ağidel | |
---|---|
başq. Ағиҙел, tatar. Агыйдел, rus. Белая | |
![]() | |
Ölkə |
![]() |
Mənbəyi | Cənubi Ural, İrəməl şəhəri |
Mənsəbi |
![]() |
Uzunluğu | 1430 km |
Su sərfi | 950 m³/san |
Hövzəsinin sahəsi | 142 000 km² |
DSR[rus.] | 10010200112111100016731 |
![]() |
Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür.[3] XVI–XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar.[4]
Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.[1] Əsas su mənbəsi İrəməl dağın əriyən qarıdır.[5]
Başqırdıstan ərazisində və onun Tatarıstan ilə sərhədində axır.[6] Çulman çayın ən böyük axını[7] və Başqırdıstanın ən uzun çayıdır[5].
Sahilləri əsasən çöllüklərdən ibarətdir, bəzi hissələrdə meşəli yerlər də var. Çayın yuxarı hissəsində böyük sayda mağara var.[5]
Ağidel hər il öz sahillərindən kənara çıxıb, ətrafını batızdırır.[8]
Çayın əsas qolları: Nuquş, Təyrük, Sem, Qaraidel, Bir, Tere Tanıp — sağdan; Aşkazar, Örşək, Dim, Qarmasan, Çərməsən, Bazı, Sön — soldan.
Çayın üzərində bir sıra körpü var. Onlardan ən böyükləri Ufadaki avtomobil və dəmir yolu körpülərdilər.[5]
Ağidel Başqırdıstanın əsas su magistralıdır. Burdaki gəmilər əsasən neft, çınqılnan qum qarışığı və tikinti vəsaitlərini daşıyır. Bundan əlavə, sərnişinlərin Rusiyanın Avropa hissəsindəki müxtəlif istiqamətlərinə çatdırılması aparılır.[9]
Çayda üç hidrosistem tikilməyə planlaşdırılır. Birincisi, 2003-cü ildə Yomağuja su anbarın tikilib və 2005-ci ildə Yomağuja su-elektrik stansiyasının (SES) tam iş rejimində fəaliyyət göstərməyi başladı.[5]