. Love.az

Agridag - Wikipedia - Love.az

Ana Səhifə - Agridag
Türkiyədə yerləşən Ağrı dağı ilə səhv salmayın.

Ağrıdağ — Ordubad rayonu ərazisində dağ (hünd. 1851,5 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı diorit və dioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.[1]

Ağrıdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1851,5 m
Yerləşməsi
38°58′14″ şm. e. 46°00′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
  • Ordubad
Ağrıdağ xəritədə
Ağrıdağ
Ağrıdağ

Həmçinin bax

redaktə
  • Qapıcıq dağı
  • Elti dağı
  • Maparax
  • Ağdağ (Ordubad rayonu)
  • Ağsal dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağrıdağ&oldid=7591337"
LOVE.AZ