. Love.az

Agsu Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Agsu Cayi

Ağsuçay — Kürün sol qolu. İsmayıllı, Şamaxı, Ağsu və Kürdəmir rayonlarının ərazisindən axıb süni kanal vasitəsilə Kürə tökülür.

Ağsuçay
azərb. Ağsuçay‎
Ölkə  Azərbaycan
Rayonlar
  • Ağsu
  • Kürdəmir
Mənbəyi Böyük Qafqaz, Sarıbulaq
 • Yüksəkliyi 2268 m
Mənsəbi Kür
Uzunluğu 85 km
Su sərfi 1,7 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 572 km²
Ağsuçay (Azərbaycan)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Ağsuçay Azərbaycanın fiziki xəritəsində:

40°47′12″ şm. e. 48°26′45″ ş. u.HGYO

40°03′37″ şm. e. 48°17′09″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzunluğu 85 km, hövzəsinin sahəsi 572 km²-dir. Böyük Qafqaz silsiləsindəki Sarıbulaq dağından (2268m) başlayan bir çox bulaqların birləşməsindən əmələ gəlir. Yuxarı axınında Sulutçay [İsmayıllı] adlanır.

Axımı yeraltı (67%), qar (20%) və yağış (13%) sularından əmələ gəlir. Yaz fəslində qar, payızda isə yağış suları çayda daşqınlar əmələ gətirir

Orta illik su sərfi 1,7 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 3,08 kq/san, orta lillənməsi 2000 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 500–700 mq/l minerallaşmaya malikdir.

Ağsuçaydan suvarma məqsədləri ilə istifadə olunur və Cavanşir su anbarını qidalandırır.

Həmçinin bax

redaktə
  • Ağsu rayonu
  • Kürdəmir rayonu

Mənbə

redaktə
  • Azərbaycan çayları
  Vikianbarda Ağsuçay ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ağsuçay&oldid=8116912"
LOVE.AZ