. Love.az

Asiq Islam Yarpizli - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Islam Yarpizli
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Aşıq İslam.

Əmirzadayev İslam Məhəmmədəli oğlu (1910, Yarpızlı, Yeni Bəyazid qəzası – 1943) — Azərbaycanlı aşıq.

Aşıq İslam
Ümumi məlumatlar
Doğum adı Əmirzadayev İslam Məhəmmədəli oğlu
Doğum tarixi 1910
Doğum yeri
  • Yarpızlı, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1943
Vəfat yeri itkin düşüb
Dəfn yeri bilinmir
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıqlıq
Musiqi aləti Saz

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub.[1]

Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış "Dərzilər" nəslindən Məsimin qızı olmuşdur.

1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır.

Daşkəndli el şairi Muxayıl Göyçəli (1918–1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913–2007) və Aşıq Abbasəli Nəzərovun (1919–1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır.[2]

İstinadlar

redaktə
  1. ↑ "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
  2. ↑ Araz Yaquboğlu. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.

Mənbə

redaktə
  • Araz Yaquboğlu, "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında", (elmi məqalə), "Filologiya məsələri" elmi toplusu, № 2, 2011-ci il, səh.350–354.
  • http://az.wikisource.org/wiki/?q=Aşıq_İslam_Yarpızlının_həyat_və_yaradıcılığı_haqqında

Xarici keçidlər

redaktə
  • http://www.dgtyb.org/news/1350.html Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine
  • http://azab.az/arasdirma/166-aedq-dslam-yarpdzldndn-hjjyat-vjj-yaraddcdlddd.html Arxivləşdirilib 2016-04-26 at the Wayback Machine
  Vikimənbədə Müəllif:Aşıq İslam ilə əlaqəli mətnlər var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_İslam_Yarpızlı&oldid=6725458"
LOVE.AZ