. Love.az

Asiq Demir - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Demir

Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı.

Aşıq Dəmir Gədəbəyli
Doğum tarixi 1972
Doğum yeri
  • Arabaçı, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 mart 2020(2020-03-18)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti aşıq, şair
Üzvlüyü
  • Azərbaycan Aşıqlar Birliyi

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir.[1]

Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib.

Yaradıcılığı

redaktə

1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir.

Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır.

Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir.

Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur.

Gədəbəy Aşıqlar Ansablının üzvüdür.

Azərbaycan aşıqlarının V və VI qurultaylarının iştirakçısı olmuşdur. I və II Beynəlxalq aşıq festivallarının diplomantıdır.

Filmoqrafiya

redaktə
  • Koroğlu (film, 2003)

İstinadlar

redaktə
  1. ↑ Qara Namazov, "Aşıqlar" (bioqrafik məlumat kitabı), Bakı, "Səda", 2004. səh. 101.

Xarici keçidlər

redaktə
  • Asiq Demir, Dastan. — YouTube saytı.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Dəmir_Gədəbəyli&oldid=7118901"
LOVE.AZ