. Love.az

Asiq Necef Elimerdanli - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Necef Elimerdanli
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Aşıq Nəcəf.

Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü.[1]

Aşıq Nəcəf Əlimərdanlı
Nəcəf Alı oğlu Hüseynov
Doğum adı Nəcəf
Təxəllüsü Əlimərdanlı
Doğum tarixi 1900/1905
Doğum yeri Əlimərdanlı, Tovuz rayonu
Vəfat tarixi 1946
Vəfat yeri Əlimərdanlı, Tovuz rayonu
Dəfn yeri
  • Tovuz rayonu
Milliyyəti Azərbaycanlı
Atası Alı
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Aşıq Nəcəf Əlimərdanlı Vikimənbədə

Həyatı

redaktə

Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə[2]) Tovuzun Əlimərdanlı kəndində anadan olub[3]. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdur[2]

Aşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb[3].

Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur.

Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib[3].

1942-ci il yanvar ayının əvvəllərində hərbi səfərbərliyə alınmış, 26-cı atıcı alayının tərkibində cəbhəyə getmiş və cəbhədə qəhrəmanlıqla döyüşmüşdür. O bu döyüşlərdə sağ gözünü itirib.

1946-cı il sentyabr ayinın 12-də vəfat edib. Məzarı doğma kəndindədir[3].

Kitabları

redaktə
  • "Əlimərdanlı Aşıq Nəcəf", 1979. (Toplayanı: Rüstəm Rüstəmzadə), * "Əlimərdanlı Aşıq Nəcəf", 2001. "Ağrıdağ" nəşriyyatı, toplayanı və nəşr etdirəni nəvəsi Şair Alıyev Məzahir Şahniyar oğlu,
  • "Düşdüm eşqin sevdasına", 2010. "Nurlan" Nəşriyyatı, nəşr etdirən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. ↑ 1 2 "Hüseynov Nəcəf — kataloq.net saytı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-10.
  3. ↑ 1 2 3 4 Məhərrəm Hüseynli, "Tovuz — aşıqlar diyarı…" — tezadlar.az saytı [ölü keçid]
  Vikimənbədə Müəllif:Aşıq Nəcəf Əlimərdanlı ilə əlaqəli mətnlər var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Nəcəf_Əlimərdanlı&oldid=7218692"
LOVE.AZ