. Love.az

Asiq Talib - Wikipedia - Love.az

Ana Səhifə - Asiq Talib
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Aşıq Talıb (1877, Ağkilsə, Yeni Bəyazid qəzası – 21 may 1979, Ağkilsə, Vardenis rayonu) — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu.[1]

Aşıq Talıb
Talıb Ələsgər oğlu Ələsgərov
Doğum tarixi 1877
Doğum yeri
  • Ağkilsə, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 may 1979(1979-05-21)
Vəfat yeri
  • Ağkilsə, Vardenis rayonu, Ermənistan SSR, SSRİ
Dəfn yeri
  • Ağkilsə
Uşaqları 7 (Haqverdi Talıboğlu, İslam Ələsgər daxil olmaqla)
Atası Aşıq Ələsgər

Mündəricat

  • 1 Həyatı
  • 2 Kitabları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.[2]

Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur.

Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır.

Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir.

XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır.

Kitabları

redaktə
  • Aşıq Talıb. "Könlüm Vətən arzular". Bakı, "Elm və təhsil", 2013, 100 səh.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. ↑ "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Xarici keçidlər

redaktə
  • Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşıq_Talıb&oldid=8111485"
LOVE.AZ