Aşıqbayramlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Aşıqbayramlı kənd inzibati ərazi dairəsində kənd.[1] Dəvəbatan çayının sahilindədir. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Aşıqbayramlı kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Aşıqbayramlı | |
---|---|
40°42′55″ şm. e. 48°02′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 447 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Aşıqbayramlı kəndi XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Haputlu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Aşıq Bayram adlı bir şəxsə mənsub ailələr onun adı ilə aşıqbayramlı adlanmış, sonra bu ad kəndə verilmişdir.[3]
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Aşıqbayramlı kəndində 37 evdə 124 nəfəri kişilər, 106 nəfəri isə qadınlar olmaqla 230 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.[4] Əhalisi 821 nəfərdir ki onunda 382 nəfəri kişi, 439 nəfəri qadındır.
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |