Aşağı Gödəkli və ya Barquşat (erm. Բարգուշատ) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[2]
Kənd | |
Aşağı Gödəkli | |
---|---|
39°13′21″ şm. e. 46°27′58″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərəkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Gedaklu formasında qeyd edilmişdir[3].
Toponim «aşağı» fərqləndirici sözü ilə türk mənşəli qazaxlar tayfasının bir qolu olan gödəkli etnonimindən[4] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 154 nəfər, 1886-cı ildə 206 nəfər, 1897-ci ildə 123 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 153 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına mə'ruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 74 nəfər[6], 1939 - cu ildə 87 nəfər, 1959 - cu ildə 95 nəfər, 1970-ci ildə 447 nəfər, 1979 - cu ildə 294 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrın axırında azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz doğma torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.