Aşağı Mülkülü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Mülkülü kənd inzibati ərazi dairəsində kənd.[3] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Tovuz rayonunun Aşağı Mülkülü kəndi Düz Çırdaxan kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Mülkülü kənd inzibati-ərazi vahidi yaradılmışdır.[4]
Aşağı Mülkülü | |
---|---|
41°03′08″ şm. e. 45°37′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6044[2] |
Xəritəni göstər/gizlə
|
Kəndin keçmiş adı Alakol olmuşdur. Əvvəllər kənd Kürün sağ sahilində yerləşirdi. Hazırda orada kəndin qədim qəbiristanlığı var. Sonralar kəndin əhalisi indiki yerə köçmüş və kənd belə adlanmışdır. Oykonim "Aşağıda yerləşən Mülkülü kəndi" deməkdir.[5]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd rayon mərkəzindən 8 km şimalda, Bakı-Tbilisi dəmiryolundan 6 km aralı, Gəncə-Qazax düzənliyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 2109 | 1027 | 1082 |
2009[7] | ↗2364 | ↗1186 | ↗1178 |
Kənddə Aşağı Mülkülü poçt şöbəsi (AZ6044) fəaliyyət göstərir.[8]
Kənddə Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbi fəaliyyət göstərir.[9]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Aşağı Mülkülü həkim məntəqəsi yerləşir.[10]