. Love.az

Asagi Qanlica - Wikipedia - Love.az

Ana Səhifə - Asagi Qanlica

Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2]

Kənd
Aşağı Qanlıca
40°51′ şm. e. 43°45′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Şörəyel mahalı
Rayon Düzkənd rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 1 km²
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.455 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Aşağı Qanlıca xəritədə
Aşağı Qanlıca
Aşağı Qanlıca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimi
  • 3 Əhalisi
  • 4 İstinadlar

Tarixi

redaktə

Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur.[3][4][5]

Toponimi

redaktə

Toponim türk mənşəli qanlı etnoniminə[6] -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü fərqləndirici əlamət bildirir.Qədim türk mənşəli Qanlı (əsli Kanqlı) tayfasının adındandır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

redaktə

1878-ci ildə əhalisi qovulduqdan sonra kənddə ermənilər yerləşdirilmişdir. Ermənilər buraya 1828–29-cu illərdə Türkiyədən köçürülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. ↑ . Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları Bakı, 1996.
  4. ↑ Хан-Агов А.Е. Экономический быт государственных крестьян в Ечмиадзинском и сурмалинском уездах Ереванской губернии. "Материалы для изучения экономического быта государственных крестьян Закавказского края", "Тифлис, 1886.
  5. ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ашағы Ганлыҹа // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  6. ↑ Əбдирахианов A. Kaзaкcтaн этнотопонимикасы (зерттелу тарихынан), Aлматы, "Fылым", 1979. s.42–53
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşağı_Qanlıca&oldid=7204084"
LOVE.AZ