Yuxarı Xatınarx — İrəvan quberniyasında Eçmiədzin qəzasında, əvvəl Zəngibasar rayonunda, sonralar isə Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Aşağı Xatınarx | |
---|---|
40°05′02″ şm. e. 44°18′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 834 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
1670–80-ci illərdə Çuxur-Səd bəyləribəyi Səfixanın Qarasu çayından çəkdirdiyi arxın kənarında onun arvadı Xatın, kənd saldırmış və həmin kənd Xatınarx adlanmışdır[3][4]. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Qay qoyulmuşdur[5]
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra 1828–29-cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb yerləşdirilmişdir[6].
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 208 nəfər azərbaycanlı yaşamışdır[7]. 1870-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.