. Love.az

Asina Xuaytao - Wikipedia - Love.az

Ana Səhifə - Asina Xuaytao
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Aşina Xuaytao (v. 708) — Çin hakimiyyətindəki qərb göytürklərinin xaqanı. Menqçi general-qubernatoru idi. Aşina Kuşrakın ölümündən sonra xaqan təyin edilmişdi.

Aşina Xuaytao
阿史那怀道
Nuşibilərin III xaqanı
704 – 708
ƏvvəlkiAşina Kuşrak
SonrakıAşina Syan
Tuluların IV xaqanı
704 – 708
ƏvvəlkiAşina Kuşrak
SonrakıAşina Syan
Şəxsi məlumatlar
Vəfat tarixi 708
Fəaliyyəti hərbi lider[d]
Atası Aşina Kuşrak
Uşaqları Aşina Çhiaoho
Aşina Çi
Aşina Sin
Dini Tenqriçilik

Hakimiyyəti

redaktə

O xaqan olmaqla bərabər həm də yaxşı diplomat idi. İmperator onu Türgiş xaqanlığının yeni hökmdarı Sakal xaqanla sülh qurması üçün göndərdi. 707-ci ildə sülh bağlayan xaqan ona knyaz titulu verərək, Türgiş xaqanlığını formal olaraq vassal halına gətirdi. 708-ci ildə öləndən sonra yerinə qohumu Aşina Syan təyin olundu.

Ailəsi

redaktə

Oğlu Aşina Sin də Çinə xidmət etmişdir. Qızı Aşina Çhiaoho Suluk xaqanla evli idi. Digər qızı Aşina Çi Şatoların rəisi Çuye Fukuo ilə evli idi.

Mənbə

redaktə
  • Tan tarixi kitabı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşina_Xuaytao&oldid=6904710"
LOVE.AZ