. Love.az

Asio Mis Medeni Qiyami - Wikipedia - Love.az

Ana Səhifə - Asio Mis Medeni Qiyami

Aşio mis mədəni qiyamı (足尾暴動事件, Aşio bodo ciken?) – 1907-ci ilin fevralında Yaponiyanın Toçiqi prefekturasında yerləşən Aşio mis mədənində baş vermiş iğtişaş.[1] Daha yaxşı iş şəraiti tələb edən mədənçilər qiyam qaldıraraq mədən tikililərinə böyük zərər vurmuşdurlar.[1]

Mündəricat

  • 1 Tarixi
  • 2 Nəticəsi
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Tarixi

redaktə

1906-cı ildə Naqaoka Tsuruzo və Minami Sukematsunun başçılığı altında 600 mədənçi Yaponiya Mədənçilər Birliyinin Aşio şöbəsini yaratmışdır.[1] Onlar daha yaxşı iş şəraiti və maaşların 60% artırılmasını tələb etməyə başlamışdırlar.[1][2]

Mədənçilərin tələbləri qarşılanmadığı üçün 4 fevral 1907-ci ildə Aşio mis mədənində qiyam başlamışdır.[1] Mədənçilər telefon xətlərini kəsmiş, mühafizə qüllərinə və digər şirkət binalarına hücum etmişdirlər, lakin polislər onları dayandıra bilmişdirlər.[1] 6 fevralda mədənçilər əsas mühafizə qülləsini dinamitlə partlatmış və 130 tikilini yandırmışdırlar.[1] Qiyam zamanı sadəcə bir nəfər – sərxoş qiyamçı ölmüşdür.[2]

Yaponiya hökuməti mədəndə hərbi vəziyyət elan etmiş və 7 fevralda qiyamı yatırmaq üçün 3 hərbi birlik göndərmişdir.[1] 628 mədənçi saxlanılmış, 182 mədənçi qiyam başlatmaqla ittiham olunmuş və 82 mədənçiyə həbs cəzası verilmişdir.[1][2]

Nəticəsi

redaktə

Qiyamdan sonra şirkət islahatlar aparmış və mədənçilərin maaşını 20% artırmışdır.[2] Mədənçilər daha çox müstəqillik əldə etmişdirlər.[2] Aşio mədənində baş verən qiyam Yaponiyanın başqa yerlərində də mədən qiyamlarının baş verməsinə təsir göstərmişdir.[1] Bunlardan biri Beşşi mis mədəni qiyamı olmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan
  2. ↑ 1 2 3 4 5 Large, Stephen S. "Review of The Ashio Riot of 1907: A Social History of Mining in Japan". Journal of Japanese Studies (ingiliscə). 25 (1). 1999: 201–205. doi:10.2307/133374. (#accessdate_missing_url)

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 102. ISBN 0-87011-621-5. İstifadə tarixi: 28 noyabr 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aşio_mis_mədəni_qiyamı&oldid=6780710"
LOVE.AZ