Aşirabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonu ərazisində kənd.[2]
Aşirabad | |
---|---|
![]() | |
40°18′53″ şm. e. 44°35′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1945 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.382 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 (222) |
Poçt indeksi | 2214 |
Digər | |
byureghavan.am | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Ərzini kəndinin yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Nairi rayonu təşkil edilənədək (15 mart 1972) kənd Əştərək rayonunun tərkibində olmuşdur.
Toponim tayfa mənasında işlənən əşirət sözü ilə (əşirət sözündəki -ət şəkilçisi ixtisar edilmişdir) «şəhər, kənd, yaşayış yeri» mənasında işlənən abad sözündən[4] əmələ gəlmişdir.
Etnotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Kənddə 1873-cü ildə 136 nəfər, 1886-cı ildə 155 nəfər, 1897-ci ildə 162 nəfər, 1908-ci ildə 180 nəfər, 1914-cü ildə 281 nəfər, 1916-cı ildə 277 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
Burada 1918-ci ilə kimi yalnız azərbaycanlılar yaşasa da, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə kənddə 1918-ci ilə kimi azərbaycanlı və ermənilərin yaşadığı göstərilir[6]. Halbuki Aşirabad kəndində azərbaycanlılarla ermənilər qarışıq şəkildə 1922-ci ildən yaşamağa başlamışlar[7].
1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci ildə kəndə ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 24 nəfər azərbaycanlı yaşamışdır[8].
1926-30-cu illərdə azərbaycanlılar zorla köçürülmüşdür. Kənd 1950-ci ildə ləğv edilmişdir. İndi ölü kənddir.